BolgeXeber.Com » Gündəm » Zərdab sakinləri üzləşdikləri məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO

Zərdab sakinləri üzləşdikləri məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO

2-02-2016, 11:27
Oxunub: 5 823 Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO"Kənd soveti sədri olan əmisi Müzəffər İxtiyarovun himayəsi ilə kəndi virana qoyublar"

Bir qrup Zərdab rayon Gödəkqobu kənd sakinləri Bolgexeber.com-a şikayət məktubu göndərib üzləşdikləri məmur özbaşınalıqlarını dilə gətiriblər.Şikayətçilət mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edib nümayəndəsini yaşadıqları kəndə dəvət edib onların dərdini dinləməyi xahiş edirlər.Zərdab sakinlərinin şikayətlərini olduğu kimi dərc edirik .

“Biz Zərdab rayon Gödəkqobu kənd sakinləri üzləşdiyimiz məmur özbaşınalığı, qanunsuzluq barədə mətbuat vasitəsi ilə Prezidentə birgə müraciət etməyi qərara aldıq.Bu müraciəti edən Gödəkqobu kənd sakinlərinin hər birimiz qanunsuzluğa, özbaşınalığa məruz qalmışıq”

Bolgexeber.com-a şikayət məktubu göndərən narazı vətandaş bildirir ki; ” Mən Zərdab rayonu Gödəkqobu kəndi sakini Seyidova Sima Osman qızı qanunu sahibkarlıq fəaliyyəti ilə məşğul olmağıma 9 saylı ərazi vergilər idarəsinin saxtakar əməkdaşları mane olurlar.Kiçik dükanımda cəmi 1000 manatlıq satdıq malıma görə hər ay vaxtlı-vaxtında dövlət vergisini və Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta pulu keçirməyimə baxmayaraq məni hər iki idarə qanunsuz olaraq cərimə edib.Bu qanunsuzluq faktı obyektiv araşdırlıarsa mənə qarşı saxtakarlığın olması tam subut olunacaq.Vergi ödəməyimi və sosial sığortaya görə pul ödəməyimi təsdiq edən qəbzlər var ki, araşdırma aparılan zaman təqdim edəcəyəm.Sahibkarlara qrşı edilən qanunsuzluqlara son qoyulması üçün hörmətli Prezident cənab İlham Əliyevin apardığı islahatlar təqdirə layiq bir haldır.Ancaq 9 saylı ərazi vergilər idarəsi və DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Ramil Əliyev öz maddi maraqlarını təmin etmək üçün saxtakarlıqla sahibkarları cərimə etdirirlər ki, bu özbaşınalıqlara son qoyulmalı onların barələrində qanunu tədbirlər görülməlidir.Sahibkarlıq fəaliyyətimi bu saxtakar məmurların qanunsuz əməllərinə görə dayandırmaq məcburiyyətində qalmışam ki, nəticədə ailəm acından məhv olacaq”

Şikayətçilərdən digəri Gödəkqobu kənd sakini Zeynalov Ramil İsmayıl oğlu isə Bolgexeber.com-a bildirir ki:“Bu şikayət ərizəmdə yazıb bildirirəm ki, Prezidentin tapşırıqlarına əməl etməyən Zərdab rayonu Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarov öz maraqları naminə kənd təsərrüfatının inkişafına mane olur.Belə ki, Gödəkqobu kənd ərazisində bələdiyyənin mülkiyyətində olan 9 hektar torpaq sahəsinin mənə icarəyə verilməsi barədə bələdiyyə sədrinə dəfələrlə etdiyim müraciətlərimə heç bir cavab verilməyib.Ancaq mənim müraciətimdən sonra başqa şəxslərə hektarlara torpaq sahəsini icarəyə vermişdir.Mən əkinçiliklə məşğul olmaq üçün bir ədəd MTZ-89.2 traktoru “Aqrolizinq” ASC-dən almışam ki, oda torpağımnm olmamasına görə həyətimdə istifadəsiz qalıb.Məqsədim əkin-biçinlə məşğul olub dövlətimizə xeyir verməkdir ki, buna isə müftəxor bələdiyyə sədri Kapitay İxtiyarov imkan vermir.Çox təssüf olsun ki, bələdiyyə sədri Kapitay İxtiyarov indiyə qədər kənddə hesabat yığıncağı keçirməmiş, heç bir iş görməmişdir.Onun əmisi kənd icra nümayəndəsi Müzəffər İxtiyarovun himayəsi ilə özbaşınalıqlar, qanunsuzluqlar edirlər ki, onların barəsində ciddi tədbirlər görülməlidir.Prezident cənab İlham Əliyev verdiyi tapşırıqlardan sonra ölkədə korrupsiya və inhisarçılıqla mübarizə istiqamətində müəyyən düzəlişlər, irəlləyişlər olsada Zərdab rayonunun Gödəkqobu kəndində bu mümkünsüz olmuşdur.Çünki Əmi və qardaş oğlunun yarıtmaz fəaliyəti nəticəsində korrupsiya tüğyan edir.Buna görə də bu ciddi qanunsuzluq faktları araşdırılıb onların barəsində qanuna müvafiq tədbirlər görülməlidir.Bələdiyyənin 1000 hektardan çox torpaqları kənd sakinləri olamayan başqa şəxslərə icarəyə verilmişdir.Əldə olunan gəlir isə bələdiyyə sədrinin cibinə gedir, kənd üçün heç bir iş görülməmişdir”

Gödəkqobu kənd sakini Əhədov Abdulhəmid Abduləhəd oğlu isə kənd bələdiyyəsinin yarıtmaz fəaliyyəti barədə bunları bildirir ; ” Şikayətim demək olar ki, kənd sakinlərinin hamısını narahat edən və kənd sakinlərini əziyyətə salan problem barədədir ki, bu problemi bələdiyyə sədri Kapitay İxtiyarov yaradıb.Bu adam 2010-cu il tarixdən Gödəkqobu bələdiyyəsinin sədri olmasına baxmayaraq kənddə heç bir iş görməyib.Baxmayaraq ki, kəndin 1000 hektarlarla torpaq sahələrini kənd sakini olmayan şəxslərə icarəyə verib gəlir əldə edir.Həmçinin kənddə olan 17 hektar sahəsi olan bol balığı olan gölü öz yaxın qohumuna saxtakarlıqla icarəyə verib .Həmin gölün 8 hektarını sənədlə icarəyə versədə həmin qohumu gölün hamısını 17 hektarını inhisarına alıb ki, kənd sakinləri bu təbii sərvətindən istifadə edə bilmir.Kənd yolları tam yararsızdır ki. palçıqda uşaqlar məktəbə gedə bilmir, torpaq sahələri düzgün ölçülmədən satılıb evlər tikilib həyətlər hasara alındığı üçün küçələr 4 metir olmaqla darısqallaşıb.Hətda əkin sulamaq üçün su kanalının bir neçə hissəsidə qanunsuz olaraq satılıb ki, əkin sulamaq olmur, suvarma kanalının lildən təmizlənmədiyi üçün hövzəsi daralıb ki, az müddətdə susuz qalmalı olacayıq. Elektirik dirəkləri qəzalı vəziyyətdədir.Bələdiyyə sədri Kapitay İxtiyarov bu 6 il ərzində bir dəfədə olsun hesabat yığıncaq iclası keçirməyib.Kənd soveti sədri olan əmisi Müzəffər İxtiyarovun himayəsi ilə kəndi virana qoyublar.Prezident cənab İlham Əliyevin tapşırıəqlarını qulaq ardına vurub öz başına hərəkətlərlə məşğul olan bu əmi və qardaşoğlunun qanunsuz hərəkətlərindən kənd cammatı zülüm çəkir”

Yoxsulluq həddində yaşadığını bildirən digər şikayətçi Gödəkqobu kənd sakini Rüstəmov Ayaz Sədyar oğlu Bolgexeber.com-a yazıb bildirir ki; “Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri məni süründürməçiliyə məruz qoyub ki, onun bu əməli araşdırılmalı və barəsində qanunu tədbirlər görülməlidir.Belə ki, Ünvanlı Sosial Yardım almaq üçün tələb edilən sənədləri yığıb 2014-cü ilin may ayı tarixində Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmişəm.Həmin gündən məni get-gələ salıb heç bir rəsmi cavab verməyiblər, nədəki sosial yardım vermirlər.Hər dəfə gedib soruşanda yaxın vaxtlarda sosial yardım alacaqsınız deyib məni başdan edirlər.Ancaq qanunda nəzərdə tutulmuş qaydada sənədləri verdiyim gündən uzağı 1 ay müddətində mənə Ünvanlı Sosial Yardım alıb-almayacağıma dair rəsmi cavab verilməli idi.Artıq iki ilə yaxın bir vaxt keçməsinə baxmayaraq heç bir cavab verməyiblər ki, bu ciddi qanunsuzluqdur.Himayəmdə 3 azyaşlı uşağım var.Yoxsulluq həddində yaşayıram.Bu boyda haqsızlıq, qanunsuzluq olmaz.Məndən sonra sənəd verənlər artıq sosial yardım alsalarda mən süründərməçiliyə məruz qalmışam.Zərdabda Ünvanlı Sosial Yardım almaq üçün gərək rüşvət verəsən və yaxud da onların şərti ilə razılaşıb sosial yardımı bir onlara verəsən bir ilini də özün alasan.Gəlib yoxlasalar bu minvalla çoxlu sayda Zərdab rayon sakinləri sosial yardım alırlar.Bəs mənim kimi yoxsul ailə nə etsin ? ”
Sonda Zərdab rayonu Gödəkqobu kənd sakinləri mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət ünvanladılar.
“Cənab Prezident Gödəkqobu kənd sakinlərinin problemlərinin həll edilməsi üçün kəndimizə nümayəndənizi göndərməyinizi xahiş edirik.Gəlin bizim dərdimizi gözünüzlə görün və Gödəkqobu kənd sakinlərinə zülm verən bələdiyyə sədri Kapitay İxtiyarovun və kənd soveti sədri olan əmisi Müzəffər İxtiyarovun barəsində qanunu tədbirlər görəsiniz. Zərdab rayonundan millət vəkili seçilmiş üzünü görmədiyimiz Jalə Əliyevanıda Gödəkqobu kəndinə dəvət edirik.Gəlin seçicilərinizin problemini dinləyin, bizə kömək edin xahiş edirik”

Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq…
Bolgexeber.com
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO
Zərdab sakinləri üzləşdikləri  məmur özbaşınalığından prezidentə şikayət edirlər-FOTO