BolgeXeber.Com » Bölgə » Biləsuvarda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi-FOTO

Biləsuvarda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi-FOTO

3-02-2016, 11:59
Oxunub: 3 702 Biləsuvarda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi-FOTO02 fevral 2016-cı il tarixdə Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində 2 Fevral- Gənclər günü münasibətilə tədbir keçirildi

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, tələbələr və Şagird Gənclər Təşkilatının üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov rayon gənclərini Gənclər Günü münasibətilə təbrik edərək biləsuvarlı gənclərin ötən dövr ərzində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaratmışdır. Respublika gənclərinin tərkib hissəsi olan biləsuvarlı gənclərimiz də bu gün cəmiyyətimizin bütün sferasında əzmkarlıq və fədakarlıq göstərir, rayonumuzun ictimai-siyasi həyatında, aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərində yaxından iştirak edirlər. Rayon əhalisinin 30 faizini təşkil edən gənclərimiz onlara yaradılan bu gözəl şəraitdən istifadə edərək daima ölkəmizin və rayonumuzun adını ucaltmağa çalışırlar.İstər ali məktəblərdə oxuyan tələbələrimiz, istər bayrağımızı dünya ölkələri arasında ən uca zirvələrdə dalğalandıran idmançılarımız, istərsədə digər sahələrdə çalışan gənclərimiz bu gun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək ölkəmizin işıqlı gələcəyi naminə, min illərlə müstəqil yaşaması naminə var qüvvələrini əsirgəmirlər.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev gəncləri təbrik edərək qeyd etdi ki, artıq birinci gənclər forumundan 20 il keçir. 1997-ci il fevralın 2-si ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub və bütün MDB və Şərqi Avropa məkanında ilk dəfə Gənclər Günü Azərbaycanda təsis edilib. Hətta Birləşmiş Millətlər Təşkilatı belə Azərbaycandan 1 il sonra, 1998-ci ilin avqust ayında Ümumdünya Gənclər gününü təsis edib. Budur Azərbaycan dövlətinin öz gənclərinə verdiyi dəyər.İstər Ümummilli Liderimiz Heydər Əliyev, istərsə də cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərimiz daim qayğı ilə əhatə olunub, daima onların problemləri öyrənilib və həlli istiqamətində addımlar atılıb.Bugün Azərbaycan gəncliyi dünyada öz sözünü deməyə qadir bir gənclikdir. Ölkə Prezidentinin tapşırığı əsasında gənclərimiz dövlət idarəçilik sisteminin ən yüksək pillələrinə seçilirlər.Onlara çox böyük etimadlar göstərilir.Və əlbəttə ki, gənclər bu etimadları layiqincə doğruldurlar.
M.Quliyev bir daha gənclərə ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirməklə yeni-yeni qələbələrə imza atmalarını dilədi.
Sonda ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gəncə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olundu.
Bolgexeber.com
Biləsuvarda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi-FOTO
Biləsuvarda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi-FOTO
Biləsuvarda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi-FOTO
Biləsuvarda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi-FOTO
Biləsuvarda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi-FOTO
Biləsuvarda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi-FOTO