BolgeXeber.Com » Bölgə » İmişlidə hesabat yığıncağı keçirilib

İmişlidə hesabat yığıncağı keçirilib

3-02-2016, 18:22
Oxunub: 3 719 İmişlidə hesabat yığıncağı keçirilibRayonda hər il ÜDM məhsul artımı müşahidə edilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2016-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını keçirmişdir

Ölkəmizin başçısı iclasda geniş nitq söyləyərək bildirmişdir ki, neftin qiyməti dünya bazarında surətlə enməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. İlin 12 ayı ərzində əldə olunan göstəricilər bunu deməyə əsas verir. O, dünyada və bölgədə gedən prosseslərə toxunaraq qeyd etmişdir ki, həm bölgədə, həm də Avropada yaşanan iqtisadi, hərbi, siyasi böhranlara baxmayaraq Azərbaycanda düşünülmüş müstəqil siyasət nəticəsində böyük naliyyətlər əldə olunmuşdur.
Böyük layihələr icra edilmiş, ölkəmizin beynəlxaq nüfuzu artmışdır. İqtisadi sahədə son 12 il ərzində Azərbaycan İqtisadiyyatı rəqabət qabliyyətinə görə inkişaf edən 40 ölkə sırasındadır. Bütün beynəlxalq maliyə qurumları və statistik məlumatlar bunu təsdiqləyir. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu bir daha ölkəmizin uğurla inkişaf etdiyini göstərir. Təkcə bir il ərzində Respublikamızın iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulduğunu və qoyulan sərmayənin yarısının xarici sərmayə olduğunu bildirərək bunun çox böyük göstərici olduğunu xüsusilə vurğulamışdır. Həmçinin, Ölkə Başçısı respublikamızda “Kənd təsərrüfatı ili” çərçivəsində həyata keçirilən tədbirlərə toxunaraq cari 12 ayı ərzində kənd təsərrüfatı sahəsində iqtisadi artımın olduğunu bildirmişdir. Eyni zamanda, O, dövlət tərəfindən fermerlərə verilən dəstəkdən, subsidiyalar, texniki təminat və digər məsələlərdən bəhs edərək iri fermer təsərrüfatlarının yaradılmasına, xüsusilə taxılçılq sahəsində böyük dönüş olduğunu qeyd etmişdir.
Respublika üzrə ümumdaxili məhsul istehsalı 1 faiz, qeyri-neft sektoru 8,4 faiz artmışdır. Bu son illərdə aparılan islahatların nəticəsidir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün ciddi proqramlar icra edilir və növbəti illərdə icrası davam etdiriləcəkdir.
Ötən il ölkəmizdə ordu quruculuğu sahəsində də, ardıcıl və məqsədyönlü işlər davam etdirilmiş, silahlı qüvvələrimizin döyüş qabliyyəti xeyli gücləndirilmişdir. Bu məqsədlə dövlət büdcəsindən kifayət qədər müdafiə sahəsinə vəsait ayrılmışdır. Təkcə onu demək kifayətdirki, hərbi xərclərə ayrılan vəsait ermənistanın ümumi büdcəsindən iki dəfə çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti, hərbi vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bu gün Azərbaycan ordusu maddi-texniki təchizatına görə və döyüş qabiliyyətinə görə regionun ən güclü ordularından birinə çevrilmişdir.
Dağlıq Qarabağ Ermənistan Azərbaycan münaqişəsinin həlli istiqmətində əfsuslar olsun ki, keçən il də heç bir irəliləyiş olmamışdır. Keçən il də Ermənistan danışıqlar prosesində imitasiya taktikasını seçmiş, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, yay aylarında və ilin sonunda bir neçə dəfə atəşkəsi pozaraq açıq təxribatlara əl atmışdır. Lakin Azərbaycan ordusu düşmənə layiqli cavab verərək onu öz yerində otuzdurmuşdur. Bu bir daha Ermənistan rəhbərliyinin kriminal, diktatura rejimi olduğunu sübut etmişdir.
Azərbaycan bu məsələdə də öz prinsipal mövqeyini qoruyub saxlamış, münaqişənin həllində beynəlxalq hüquq normalarına əsaslanaraq danışıqlar prosesində daima kompromis mövqedən çıxış etmişdir.
Azərbaycan həm iki tərəfli, həm də çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Azərbaycanın qonşu ölkələrlə sıx təmasları olmuşdur. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər təşkil edilmiş, Avropa və Asiya ölkələri yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatlarda fəal iştirak etmiş, öz mövqeyini müdafiə edərək bu təşkilatların fəaliyyətinə öz dəyərli töhfəsini vermişdir. Keçən il Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmiş, Avropada demokratiyanın inkişafına, insan haqqlarının qorunmasına, ədalətin bərqərar olunmasına çox böyük dəyərlər vermişdir. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Bizim tariximiz, son illər apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabər hüquqlu münasibətlər qurmalıdırlar. Bildiyimiz kimi 2011-ci ildə Azərbaycan BMT-nin ən üst qurumuna, 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu fakt Azərbaycanın Beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir. Bu beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir.
2015-ci ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 353.326.200 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir ki, оnun 124.595.400 manatı və ya 35,3 faizi sənaye, 112.868.100 manatı və ya 31,9 faizi kənd təsərrüfаtı, 53.174.900 mаnаtı və ya 15 faizi tikinti, 53.692.200 mаnаtı və 15,2 faizi ticаrət və iаşə, 8.354.900 mаnаtı və ya 2,4 faizi nəqliyyat, 640.700 mаnаtı və ya 0,2 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
Rayonda aparılan abadlıq və quruculuq işləri:

2015-ci il və son ildə İmişli şəhərində aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. İmişli şəhər P.Həsənov, L.Vəliyev və H.Aslanov küçələrinə asvalt örtüyü qoyulmuşdur. Hazırda şəhərin 20 Yanvar küçəsində səkilərdə təmir işləri aparılmaqla yanaşi agac və gül kolları əkilir.
Ağsu-Bəhrəmtəpə dolayı yolunda 8 km avtomobil yolunun alt qatına asfalt beton qoyulmuşdur. Ağsu-Bəhrəmtəpə avtomobil yolunda 106 km-dən 113-cü km-ə kimi cari təmir işləri yerinə yetirilmişdir. Hazırda İmişliyə giriş yolunda 0-7 km sahəsində asfalt-beton qoyulması işlərinə başlanılmışdır. 23 km-lik Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular aftomobil yolu əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.
İmişli rayon məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı idarəsinin inzibati binasının tikintisi işləri başa çatmış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin inzibati binasının tikintisi nəzərdə tutulmuşdur.
Sənаyе məhsullаrının istеhsаlı üzrə:

Rayonumuz əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün İmişli rayonunda sənaye də inkişaf etmişdir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu stifadəyə verilmişdir.Bunun nəticəsində rayonda hər il ÜDM məhsul artımı müşahidə edilmişdir.
Qeyd olunduğu kimi 2015-ci ildə rayon üzrə sənaye məhsullarının həcmi 124.595.400 manat olmuşdur. İstehsal olunan sənaye məhsullarının 89,4 faizi qeyri-dövlət sektorunun payına düşür. Rayonda iri neft sənaye müəssisəsi olan Muradxanlı İriləşdirilmiş Neft Mədəni 16,8 min ton neft məhsulu istehsal etmiş dövlət sektorunu əhatə etməklə ümumi həcmdə məhsul istehsalının 0,8 faizini təşkil etmişdir. İmişli Şəkər Zavodu 2015-ci ildə 312.340.100 ton şəkər tozu istehsal etmişdir, o cümlədən başqa sifarişçiyə məxsus xammaldan 164.646 ton şəkər tozu emal olunmuşdur.
Ümumiyyətlə İmişli Şəkər Zavodu 2015-ci ildə 103.423.200 manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişdir ki, bu da həm sənaye məhsulunun, həm də rayon üzrə ümumi məhsul buraxılışının əsasını təşkil edir.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:

2015-ci ilin 12 ayı ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 93930 başa, qoyunların sayı 253062 başa, quşların sayı isə 1515691 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1846 baş, qoyunlar 6234 baş, quşlar isə 647 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 15423,9 ton, süd istehsalı 49020 ton, yumurta 87156 min ədəd, yun istehsalı isə 369,8 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. 01 yanvar 2016-cı il tarixə kimi 17552 hektar sahədə buğda, 6343 hektar sahədə arpa, 270 hektar sahədə kartof, 370 hektar sahədə bostan, 310 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 2551 hektar sahədə pambıq, 396 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. 2015-ci ilin 12 ayı ərzində 19664 ton arpa, 42595 ton buğda məhsulu istehsal edilmiş və məhsuldarlıq 35,5 sentiner olmuşdur. Həmçinin 12 ay ərzində 3375 ton kartof, 3642 ton tərəvəz, 988 ton qarğıdalı, 2321 ton şəkər çuğunduru, 1312,4 ton pambıq tədarük edilmişdir. Bu sahədə işlər davam etdirilir.
İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün Rayon Telestudiyasının yaxınlığındakı 10 ha ərazidə yeni istixanaların inşa olunmasına başlanılmış, rayonda taxılçılğın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 4000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfаtı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi verilmişdir.
Tikinti üzrə:

2015-ci ildə bütün mаliyyə mənbələri hеsаbınа rаyоn iqtisаdiyyаtının və sоsiаl sаhənin inkişаfı üçün 66.760.200 mаnаt vəsait yönəldilmiş, onun 79,7 faizi və ya 53.174.900 manatı tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Əhalinin sosial müdafiəsi ilə bağlı:

Məlumat üçün bildirirəm ki, cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla icra edilmiş və bunun nəticəsində İmişli rayonunda 2015-ci ildə 1212 iş yeri və ümumi isə 23599 iş yeri və açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, qəbul olunmuş Məşğulluq Strategiyasının icrasından irəli gələn məsələlərin həlli istiqamətində bundan sonra da işlər görüləcəkdir.
2015-ci ildə gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı sosial yardımların verilməsi təmin edilmiş, 1317 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.

Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:

2015-ci ilin 12 ayında rayonun Bəhrəmtəpə qəsəbəsi, Çahar, Gövhərli kəndləri ərazisində smart kart tipli sayğacların quraşdırılması ilə əlaqədar yeni transformatorlar quraşdırılmış və kabel xətləri çəkilmişdir. Bundan əlavə İmişli şəhərində şəhərin müxtəlif yerlərində yeni salınmış yaşayış massivlərində 38 ailəyə smart kart tipli sayğaclar quraşdırılmış və 1200 metr məsafəyə kabel xətti çəkilmişdir. Bu sahədə işlər davam etdirilir. Hazırda Bəhrəmtəpə qəsəbə ərazisində “Azenko” ASC tərəfindən smart kart tipli sayğacların quraşdırılması işləri başa çatmışdır. Hazırda rayonun Məzrəli, Qaradonlu, Qaralar, Şahverdili, Cavadxanlı, Bəcirəvan və Qızılkənd kəndlərində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün özünün daşıyan izolyasiyalı kabellərlə yenidənqurma işləri aparılır.
Rayon Qaz İstismarı sahəsi tərəfindən 2015-ci ilin 12 ayında rayonun qazlaşdırılması işi davam etdirilərək 1775 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 11737 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Rayonun Boşçalılar, Şahverdili, Əliqulular, Otuziki, Qaragüvəndikli, Oruclu, Məhəmmədli, Qaralar, Yuxarı Qaralar, Muradalılı, Xoşçobanlı, Murğuzalılı, Mürsəlli, Cavadxanlı, Göbəktala kəndlərində və Bəhrəmtəpə qəsəbəsində qaz çəkilişləri başa çatmış və əhaliyə təbii qazın verilməsi təmin edilmişdir. Hazırda Qaraqaşlı, Nurulu, Ölcələr, Sarıxanlı, Çahar, Gövhərli, Soltanmuradlı, Qaradonlu, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili və Bəcirəvan kəndlərində isə qaz çəkilişi işləri davam etdirilir. Rayon üzrə yaşayış mövcud olan 21722 təsərrüfatdan 11737 obanent kodu açılaraq kompyuter qeydiyyatına götürülmüş, bununla da qazlaşdırılma 54,03 faiz olmuşdur. Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 13 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Son aylarda 15 kəndində Modul tipli su təmizləyici qurğularının tikintisi işləti başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Rayonun digər kəndlərində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması məqsədilə layihə sənədləri hazırlanmışdır. İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində İmişli şəhər və Yalavac kəndləri ərazisində yaşayan əhaliyə xidmət göstərmək üçün layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğaclarının 8320 ədəd evlərə quraşdırılmış və bu sahədə işlər davam etdirilir. Quraşdırılmış su sayğaclarının 7782 ədədi aktivləşdirərək əhaliyə içməli su verilmişdir.
Təhsil sahəsi üzrə:

2015-ci ildə 55 yerlik Əliqulular kənd Uşaq bağçası-körpələr evində son tamamlanma işləri aparılır. Rayonun Məzrəli kənd tam orta məktəbinin əsaslı təmir olunması işlərinə ilkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 300 min manat vəsait ayrılmış və hazırda təmir işləri aparılır. Bundan əlavə 2015-ci ildə Qızılkənd, Qaradonlu kənd tam orta məktəblərinin binası əsaslı, şəhər 4 saylı və Nurulu kənd orta məktəbləri isə cari təmir edilmişdir.
Rayonda 62 ümumtəhsil məktəbi, 15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər, 4 məktəbdənkənar və 1 Peşə təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində təhsil alan 15251 şagirdin təlim-tərbiyəsi ilə 1537 nəfər müəllim məşğul olur. Pedaqoji sahədə çalışanların 1161 nəfərinin təhsili ali, 354 nəfərinin təhsili orta ixtisas, 22 nəfərinin təhsili isə ümumi ortadır. Hazırda rayonun təhsil müəssisələrində ümumilikdə bir sıra əsas fənlər üzrə o, cümlədən ana dili, fizika, kimya, biologiya, coğrafiya, tarix, riyaziyyat və informatikanın tədrisi məqsədilə 55 nəfər ixtisaslı fənn müəllimlərinə ciddi təlabat vardır. Ötən tədris ilində 32 ümumtəhsil məktəbində birnövbəli iş rejimi tətbiq olunmuşdur. 30 məktəbdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmışdır. Hazırda 62 təhsil müəssisəsindən 7 məktəbdə yeni tədris binasının tikintisinə, 8 məktəbdə isə əsaslı təmir işlərinin aparılmasına ehtiyac vardır. Bundan başqa, 15 məktəbəqədər tərbiyə müəssisəsindən 12-nin yenidən tikilməsinə və ya əsaslı təmirinə ehtiyac vardır.
2014-2015-ci tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilərkən, əvvəlki illərlə müqayisədə bu sahədə müsbət irəliləyişlərin olduğu müəyyən edilmişdir. Belə ki, 2015-ci ildə tam orta təhsilini başa vurmuş 1196 nəfər məzundan 480 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd vermiş, onlardan da 257 nəfəri və ya 54 faizi imtahanlarda uğurla iştirak edərək tələbə adını qazanmışdır. Ümumiyyətlə, 2015-ci ildə rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə qəbul olanların sayı əvvəlki illərin məzunları ilə birlikdə 301 nəfər olmuşdur ki, bu da ötən ildən 45 nəfər çoxdur. Rayon üzrə 22 nəfər məzun 500-dən yuxarı, 12 nəfər məzun isə 600-dən yuxarı bal toplamışdır. İmtahanların nəticələrinə görə İmişli şəhər 1, 3, 5, 7, 8 saylı məktəblər, Qaralar (N.Abışov adına), Əliqulular, Otuziki, Axıcanlı, Muradxanlı, Qaravəlılı, Agaməmmədli kənd tam orta məktəblərin məzunları daha cox fərqlənmişdir.Bununla yanaşı təəssüflə qeyd etmək lazımdır ki Qulubəylı, Hacalmuradlı, Şahverdili kənd tam orta məktəblərin nəticəsi olmamışdır.
2015-ci ildə də təhsil müəssisələrinin tikintisi, təmiri istiqamətində işlər davam etdirilmişdir. Belə ki, Qızılkənd kənd tam orta məktəbinin binasında təmir işləri aparılmış, 55 yerlik Əliqulular kənd uşaq bağçası əsaslı təmir edilmiş, eyni zamanda İmişli şəhərində 2 uşaq bağçasının tikintisi aparılmış və həmin uşaq bağçasının biri istifadəyə tam hazırdır.
Səhiyyə sahəsi üzrə:

Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 108 nəfər həkim və 472 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 60 nəfər həkimə ciddi tələbat vardır. İl ərzində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür. Belə ki, Muradxanlı kənd xəstəxanası əsaslı təmir başa çatdırılmış, Göbəktala və Hacırüstəmli kənd tibb məntəqələri üçün yeni binalar tikilmişdir.
Ötən ildə rayonda 1784 uşaq doğulmuşdur ki, onların da 97,8 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunmuşdur. Nəticədə uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmamışdır.
Əhalinin müainəsi üçün 9 həkim briqadası yaradılmış,həmin briqadalar vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müainələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yolxucu xəstəliklərlə mübarızə daimi nəzarətdə saxlanılmış,bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayonda şəkərli diabetli xəstələrin dərmanla təminatı daimi nəzarətdə saxlanılmış, onlar vaxtaşırı dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılmış və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər.
Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq Mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hal-hazırda 35 xəstə müalicə alır.
Mədəniyyət sahəsi üzrə:

Hazırda rayonda 1 mədəniyyət sarayı, 7 kənd mədəniyyət evi, 1 mərkəzi kitabxana, 41 kənd kitabxana filialı, 24 klub müəssisəsi, 1 muzey, 1 dövlət rəsm qalereyası, 2 uşaq musiqi məktəbi ,1-Heydər Əliyev Mərkəzi - ümumilikdə isə 79 mədəni-maarif müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 405 nəfər işləyir. Onlardan da 32 nəfəri ali, 96 nəfəri orta ixtisas, 277 nəfərinin təhsili isə ümumi ortadır. Mədəni-maarif müəssisələrində işləyənlərin 248 nəfərini və ya 61 faizini qadınlar təşkil edir.
2015-ci ildə Mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlər,konsertlər və başqa tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Bununla belə mədəniyyət müəssisələrinin fəaliyyətində bir sıra çatışmamazlıqlar da mövcuddur. Belə ki, Mərkəzi kitabxana və filial kitabxanaların əksəriyyətinin bina şəraiti müasir tələblərə cavab vermir və bu sahədə ixtisaslı kadrlara ciddi ehtiyac vardır. Bundan əlavə Uşaq musiqi məktəblərində istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər qənaətbəxş deyildir.
Gənclər və idman sahəsi üzrə:

Ötən illərdə olduğu kimi hesabat ilində də rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi-vətənpərvərlik tərbiyəsi, onların müxtəlif idman növləri ilə məşğul olmaları üçün müvafiq şəraitin yaradılması-ümumilikdə isə gənclərin layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi olaraq rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. Hazırda rayon əhalisinin 40.064 nəfərini və ya 32 faizini gənclər təşkil edir ki, onların da istifadəsində 132 idman qurğusu, üç bədən tərbiyəsi-sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən 8500 yerlik bir futbol stadionu və bir Olimpiya İdman Kompleksi və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində istifadəyə verilmiş Gənclər Mərkəzi, eləcə də müasir üslubda inşa edilmiş Uşaq Gənclər Şahmat Məktəbi və digər əyləncə mərkəzləri və idman qurğuları vardır. 2015-ci ildə rayon icra hakimiyyəti, Gənclər və İdman İdarəsi və müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsi, ailə-məişət mövzuları, erkən nikahlar və onların fəsadları, gənclərdə liderlik bacarığının formalaşdırılması və digər istiqamətlər üzrə müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. Eyni zamanda, hesabat ilində “Cəsurlar” və “Şahin” hərbi idman oyunları, eləcə də, idmanın şahmat, karate, sambo və güləş növlərində müxtəlif yaş qrupları üzrə yeniyetmə və gənclər arasında yarışlar təşkil olunmuş, qalib komandaların zona və respublika səviyyəli yarışlarda iştirakı təmin edilmişdir.
Bütün bunlarla yanaşı rayonda gənclər arasında bir sıra zərərli vərdişlərin-o cümlədən siqaretə və spirtli içkilərə aludəçilik, eləcə də narkomaniyanın yayılmasına qarşı aparılan maarifləndirmə tədbirlərinin gücləndirilməsinə ciddi ehtiyac vardır. Rayon Gənclər və İdman idarəsi rayonun yaşayış məntəqlərində istedadlı gəncləri aşkar edilərək inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görməlidir.
Nəqliyyаt sаhəsi üzrə:

2015-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 8.354.900 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 6.199.100 manatı yük daşınmasından, 2.155.800 manatı isə sərnişin daşınmasından yaranmışdır.
Rabitə xidməti üzrə:

2015-ci ilin 12 ayı ərzində rayon üzrə 194 abonentə telefon xətti çəkilmişdir. Rayon üzrə ümumi genişzolaqlı internet istifadəçilərinin sayı 3204 nəfərə çatdırılmışdır. 2015-ci ildə əhalinin genişzolaqlı internetə olan təlabatını ödəmək məqsədilə DSLAM avadanlığı olmayan kəndələrdə DSLAM avadanlıqlarının quraşdırılması nəzərdə tutulmuşdur. Şəhər ərazisində yeni salınmış yaşayış massivində 512 nömrəlik yeni MSAN-tipli EATS-in tikintisi ilə əlaqədar konteyner qoyulmuş və 2 km uzunluğunda FO-4 kabeli çəkilmişdir. Yaxın günlərdə obanentlərə telefon çəkilişinə başlanılacaqdır. 2015-ci ilin 12 ayı ərzində əlavə olaraq Mərkəzi EATS-də 512, Cəfərli EATS-i 32, Qaradonlu EATS-i 32, Qaragüvəndikli EATS-i 32 portluq genişzolaqlı internet avadanlıqları quraşdırılmış və əhalinin istifadəsinə verilmişdir. Bu sahədə işlər davam etdirilir. Əhalinin genişzolaqlı internetə olan tələbatını ödəmək üçün DSLAM avadanlığı olamayan kəndlərdə Xoşçobanlı-128, Soltanmuradlı-128, Qaraqaşlı-32 portluq DSLAM avadanlığı quraşdırılmışdır.

Təbii fəlakətlə bağlı:

2015-ci ildə Kür-Araz çaylarında mühafizə bəndlərini möhkəmləndirmək məqsədilə 400 kub metr həcmində betonla, 288 kub metr faşınla sahilbərkitmə, 27,8 km uzunluğunda 618,24 min kub metr həcmində qayakəsmə və təmir işləri görülmüşdür.

2015-ci ildə sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur.
Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.
Bolgexeber.com