BolgeXeber.Com » Dünya » İldırım 14 nəfərin həyatına son qoydu

İldırım 14 nəfərin həyatına son qoydu

5-05-2012, 13:10
Oxunub: 4 586 Hindistanda qeydə alınan təbii fəlakətdə bu qədr insan dünyasını dəyişib

Hindistanın Orissa ştatında ildırım vurması nəticəsində 14 nəfər həlak olub. Bolgexeber.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində daha 10 nəfər yaralanıb. Kxurd ətrafında 5, Balasorda 4, Caypurda 3, Kattak və Niaqara ərazilərində isə 1 nəfər həyatını itirib. Qeyd edək ki, bazar günü də Qərbi Benqaliyada ildırım vurmsından 9 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdı.

Hindistanda hər il yüzlərlə insanın həyatına son qoyan ildırım vurmaları əsasən iyun və sentyabr ayları arasında, musson yağışları mövsümündə baş verir. Ölənlərin əksəriyyəti isə Qərbi Benqaliya yaxınlığında, Bihar ştatı ərazisində olur. İldırım vurmaları çox zaman açıq ərazilərdə baş verir və zərərçəkmiş insanlarda huşun itməsi, yıxılma, qıcolma baş verir.

İldırım vurması adətən ölümlə nəticələnir, amma təkrar-təkrar ildırım vuran insanlar da məlumdur. Məsələn, Amerikanın Virciniya ştatında parkda işləyən Roy Sallivan 7 dəfə ildırım vurmasına məruz qalıb və hər dəfə də sağ qalıb. Buna görə o, Ginnesin Rekordlar kitabına düşərək “ildırımkeçirici insan” ləqəbini alıb.