BolgeXeber.Com » Analitika » “Bakcell” öz imicinə özü zərər vurur… 555 xidməti çöküb?

“Bakcell” öz imicinə özü zərər vurur… 555 xidməti çöküb?

5-02-2016, 10:27
Oxunub: 4 294 “Bakcell” öz imicinə özü zərər vurur… 555 xidməti çöküb?Azərbaycanda etibarlı mobil operator olmaq üçün ciddi layihələr həyata keçirən, reklama pullar xərcləyən “Bakcell” istəyinə nail ola bilmir

Yenə də yaranmış problemin həlli, müştərilərlə iş prinsipi baxımından diğər operatorlardan xeyli geri qallır.
Qəribə burasındadır ki, şirkət rəhbərliyi və ya aidiyyatı şəxslər “Bakcell”in ürəyi sayılan Müştəri Xidmətlərinin fəaliyyətinin iflic olmasından narahat deyil. Hansı ki, bu xidmət “Bakcell”in imicinin qorunmasına, vətəndaşlarla şirkət arasında əlaqələrin qurulmasında, yaranmış problemlərin dərhal həllində və nəticədə şirkətin daha boyuk ugur qazanmasında önəmə malikdir.
Lakin, günlərdir “Bakcell”-in 555 müştəri xidmətləri işləmir. Problemin həlli üçün müştəri xidmətləri ilə əlaqə saxlamaq istəklərin puça çıxır. Avtomat qurgu 15 dəqiqəni maraqsız olan informasiyalarla alır və sonda əlaqə kəsilir. Vətəndaş yaranmış problemin həllinitapa bilmir və… nəticədə operatorunu dəyişmək məcburiyyətində qalır.
Əslində”Bakcell”də məlum problem illərdir hökm sürür. Amma əvvəllər gec də olsa əlaqə yaratmaq mümkün olurdusa artıq mümkünsüz bir yerə gəlib çıxıb. Nədir səbəb? Niyə “Bakcell”-in 555 müştəri xidmətləri işləmir? Şirkətdə nə baş verir? Niyə “Bakcel”abunəçisi müştəri xidməti ilə əlaqə saxlaya bilmir? Bu vətəndaşın hüquqlarının pozulması sayıla bilərmi?
Növbəti yazılarımızda… Araşdırmalarımız davam edir…
Bizimxeber.az