BolgeXeber.Com » Bölgə » Salyanda Mədəniyyət və Turizm şöbəsinin müdiri büdcəni belə talayır- İDDİA

Salyanda Mədəniyyət və Turizm şöbəsinin müdiri büdcəni belə talayır- İDDİA

5-02-2016, 11:46
Oxunub: 3 255 Mədəniyyət və Turizm şöbəsinin müdiri rayonda belə ad çıxarıb

Salyan rayonunda xeyli sayda mədəniyyət və turizm obyktləri olsa da, bunların əksəriyyəti bərbad gündədir. Kəndlərdəki mədəniyyət evləri tamamilə dağılıb, kitabxanaların isə adı var, özü isə yoxdur. Amma bütün bunlara baxmayaraq, rayon Mədəniyyət və Turizm şöbəsinirn müdiri Toğrul Cavadovun keyfi kökdür.
Salyanda Mədəniyyət və Turizm şöbəsinin müdiri büdcəni belə talayır- İDDİAToğrul Cavadovun kiçik bir şöbə üçün 19 min manatlıq dəftərxana ləvazimatı alması isə işin ağını çıxarmaqdan başqa bir şey deyil

Cavadovun keyfinin kök olmasının başlıca səbəbi ötən il keçirilmiş tenderlərdən yaxşı qazanc götürməsidir. Belə ki, şöbə müdiri büdcə pullarını olmayan obyektlərin adına yazaraq, özünə götürməyi bacarıb.

Toğrul Cavadovun nəzarəti altında ötən il keçirilən tenderdə 227 min manatın sahibi olmağa nail olub. Ayrılmış pulun 13235 manatı idarənin digər xərcləri adı altında silinib. Bu «digər xərclərin» konkret olaraq nədən ibarət olduğunu isə bilən yoxdur. «Əlövsət-Ə» MMC ilə əlbir şəkildə hərəkət edən şöbə müdiri avadanlıqların satın alınması adı altında da daha 22121 manatı özünküləşdirməyə nail olub. Amma «şərik»lərin işləri bununla da bitməyib. Onlar bərk inventarların alınması üçün 43871 manat, yumuşaq inventarların alınması üçün isə 15 min manata yaxın pul «xərcləyiblər». Deyilənlərə görə, bu alınanlardan yalnız Toğrul Cavadov faydalana bilib. Çünki təkcə otağının mebelini dəyişdirməklə bütün prosesi yekunlaşdırıb.

Bolgexeber.com demakratiya.infoya istinadən yazır ki,Salyan Mədəniyyət və Turizm Şöbəsinə «digər maşın və avadanlıqlar»ın nəyə görə lazım olduğu da müəmmalıdır. Üstəlik, bunun üçün 39 min manata yaxın pul sərf edildiyi sənədləşdirilib.

Salyan Mədəniyyət və Turizm Şöbəsi əsaslı təmir işlərinə 18774 manat xərclədiyi halda, cari təmir işlərinə isə 43260.52 manat sərf olunub. Bu qədər təzadın olması isə işin içində işin olması anlamına gəlir.

Toğrul Cavadovun kiçik bir şöbə üçün 19 min manatlıq dəftərxana ləvazimatı alması isə işin ağını çıxarmaqdan başqa bir şey deyil. İlboyu heç bir iş görməyən şöbə üçün bu qədər ləvazimatın nəyə və nə üçün alındığı bəlli deyil.
Qarşı tərəfində fikirlrəinə yer verməyə hazırıq!