BolgeXeber.Com » Bölgə » Hacıqabul RİH sahibkarları rayonda iş görməyə dəvət edir

Hacıqabul RİH sahibkarları rayonda iş görməyə dəvət edir

5-02-2016, 16:32
Oxunub: 3 788 Hacıqabul RİH sahibkarları rayonda iş görməyə dəvət edirHacıqabul rayon İcra Hakimiyyəti Respublikanın bütün iş adamlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənləri, Respublikamızdan kənarda kommersiya fəaliyyəti ilə məşğul olan hacıqabulları rayonda yeni iş qurmağa dəvət edir

Məlum olduğu kimi, Hacıqabul Bakı şəhərinin 80, Bakı dəniz limanının 30 kilometrliyində, tarixi İpək yolunun, Bakı-Tbilisi-Qars dəmir yolunun qovşağında yerləşir.

Geniş xam torpaqlara, örüş-otlaq sahələrinə, kifayət qədər suvarma suyuna, əlverişli iqlimə, xeyli sayda işçi qüvvəsinə malik Hacıqabul rayonunda taxıl, pambıq, şəkər çuğunduru, meyvə-tərəvəz məhsulları əkib becərmək, sənaye təməli üzərində heyvandarlığı inkişaf etdirmək, yeni istehsal və emal müəssisələri yaratmaq üçün real imkanlar vardır.

Əmin ola bilərsiniz ki, iş qurmaq istəyənlərə tərəfimizdən hər cür dəstək və yardım göstəriləcəkdir.

Maraqlanan ciddi iş adamları, şirkət və səhmdar cəmiyyətlərin nümayəndələri rayon icra hakimiyyətinə müraciət edə bilərlər.

Əlaqə telefonu: 204-41-58

Hacıqabul Rayon İcra Hakimiyyəti