BolgeXeber.Com » Dünya » Ermənistanda parlament seçkiləri başlayıb

Ermənistanda parlament seçkiləri başlayıb

6-05-2012, 11:15
Oxunub: 4 596 Seçkilərə doqquz partiya və blok qoşulub

Bu gün saat 9:00-da Ermənistanda parlament seçkiləri başlayıb. ANS PRESS Erməistan mətbuatına istinadən bildirir ki, seçkilərə doqquz partiya və blok qoşulub.

Bunlar aşağıdakılardır: Respublika partiyası (rəhbəri Ermənistan prezidenti Serc Sarqsyandır), hakim koalisiyaya daxil olan "Çiçəklənən Ermənistan" və "Orinas Yerkir" (Qanun ölkəsi) partiyaları, 18 siyasi təşkilatdan ibarət "Ermənistan milli konqressi" (lideri keçmiş prezidenti Levon Ter-Petrosyandır), "Daşnaksutyun" , "İrs", "Birləşmiş ermənilər", Demokratik və Kommunist partiyalar.

131 deputat mandatından 90-ı partiya siyahıları ilə veriləjək. Daha 41 deputat bir mandatlı dairələrdən seçiləсək.

Parlamentə girmək üçün partiyalar 5 faizlik baryeri, bloklar isə 7 faizlik baryeri keçməlidirlər.

Seçkidən sonra yeni hökumət formalaşdırılaсaq.