BolgeXeber.Com » Bölgə » Gədəbəyin icra başçısı sahibkarın obyektini uçurub - Şikayət

Gədəbəyin icra başçısı sahibkarın obyektini uçurub - Şikayət

6-02-2016, 11:10
Oxunub: 3 054 Gədəbəyin icra başçısı sahibkarın obyektini uçurub - ŞikayətSahibkar Xəyyam Əzimzadənin obyekti sökülüb


Gədəbəyin icra başçısı Ramiz Yediyarov ona məxsus yanacaqdoldurma məntəqəsini yerlə-yeksan edib

Bolgexeber.com dia.az-a istinadla xəbər verir ki, icra başçısının əməlinin qanunsuz olduğunu məhkəmələr də təsdiqləyib:

“Gədəbəydə Heydər Əliyev prospekti 11 “a” ünvanında yanacaqdoldurma məntəqəm vardı. İcra başçısı əvvəlcə məntəqəni əlimdən almaq üçün ən müxtəlif yollara əl atdı. Alınmadı. Bundan sonra icra başçısının göstərişi ilə qanuni obyektim dağıdıldı, məni də, işçilərimi də işsiz, gəlirsiz qoydular. Orada çalışan işçilərimdən biri də Qarabağ veteranı Əli Adıgözəlov idi. Sadəcə obyektimi dağıtdılar.

Dedilər ki, guya yol çəkirlər. Sonra dedilər ki, guya park salırlar. Aydın oldu ki, park 100 metr o tərəfdə salınacaq. Bundan sonra da dedilər ki, məktəb tikirik. Lakin bu da yalan çıxdı. Bir də eşitdik ki, yanacaqdoldurma məntəqəsinin olduğu yeri icra başçısı zəbt eləmək istəyir. Qalmışıq məhkəmələrdə. Dövlət orqanlarının verdiyi sənədlər də torpağın, üzərindəki tikililərin mənə aid olduğunu və tam qanuni fəaliyyət göstərdiyi sübut edir”.

Sahibkar deyib ki, hazırda iş üzrə Gəncə İnzibati-İqtisad Məhkəməsində iddiası üzərə araşdırma gedir: “Əvvəlki məhkəmədə icra hakimiyyətinin yanacaqdoldurma məntəqəsini sökməsinin qanunsuz olduğu təsdiqləndi. Bundan sonra yeni bir iddia ilə məhkəməyə müraciət etdik. Bizə söküb dağıtdıqları iş yerimizi bərpa edib vermələrini və ya kompensasiya ödəmələrini tələb edirik. Necə ki, qanunsuz olaraq iş yerimizi söküblər, elə də zəhmət çəkib bərpa eləsinlər. Prezident İlham Əliyevi dəstəkləyirik, ona güvənirik. Ümid edirik ki, ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətə qarşı çıxan məmurlar da gec-tez cəzalarını alacaqlar”.

İş adamı deyib ki, icra başçısının qanunsuzluqları haqda müvafiq orqanları da məlumatlandırıb: “Mən sahibkaram, zəhmətlə qurduğum iş yerimi dağıdıb məni, mənim kimi yüzlərlə adamı işsiz qoymaq qanuni ola bilməz. Komissiya yaradılsın, gəlib yoxlasınlar, görəcəklər ki, tam qanunsuz olaraq Gədəbəydə sahibkarlara qarşı addımlar atılır”.