BolgeXeber.Com » Bölgə » Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO

Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO

6-02-2016, 11:32
Oxunub: 11 235  Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO05 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində Milli Qəhrəmanın ad günü qeyd olundu

Bolgexeber.com
-un məlumatına görə tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova, Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) aparatının şöbə müdiri Faiq Ağayev, OMBUDSMAN aparatının cənub regional şöbəsinin müdiri Ziya İsmayılov, Mərkəzi Bankın Biləsuvar ərazi idarəsinin rəisi Nəbi Rüstəmov, liseyin kollektivi və qonaqlar iştirak etdi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova, OMBUDSMAN aparatının şöbə müdirləri Faiq Ağayev, Ziya İsmayılov və digərləri çıxış edərək Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışmışlar. Bildirilmişdir ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7 də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olan Mübariz 2005-ci ildə həmin məktəbdə orta təhsilini başa vurub. Elə həmin il, əsgəri borcunu yerin yetirmək üçün hərbi xidmətə çağırılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidmət etdiyi zaman ərzində çavuş rütbəsinə qədər yüksəlib və əsgəri xidmətini 2007-ci ildə başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən hərbi xidmətə yollanıb, hərbi hissələrin birində gizir rütbəsində çalışmağa başlayıb. Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb. Nəhayət, 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətə başlayıb. Çox çəkmir ki, uzun müddət düşündüyü, arzusunda olduğu planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Mübariz İbrahimovun qəhrəmanlığı nəinki Azərbaycanda, bütün Türk dünyasında böyük əks-sədaya səbəb olmuşdu. 22 yaşlı gənc öz mərdliyi ilə hər kəsi heyrətləndirə və özünə xalqın qəlbində əbədi heykəl ucalda bildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova Milli Qəhrəman adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilərək Biləsuvar şəhərindəki bu lisey-məktəb kompleksinə, eyni zamanda Biləsuvar rayonunun mərkəzi küçələrindən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
Tədbirdə Liseyin şagirdləri tərəfindən hazırlanmış ədəbi bədii kompazisiyalar nümayiş olundu, qəhrəmana həsr olunmuş şerlər səsləndirildi.
 Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO
 Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO
 Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO
 Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO
 Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO
 Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO
 Biləsuvar Lisey-Məktəb Kompleksində Mübariz İbrahimovun ad günü qeyd olunub-FOTO