MTN generalı danışmaqdan imtina edir – Eldar Mahmudov milyardları geri qaytarır
6-02-2016, 16:00
Oxunub: 3 828
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev istintaqla əməkdaşlıqdan imtina edir
Ötən il dekabr ayının 25-də həbs olunan E.Quliyev, ona qarşı irəli sürülmüş ittihamlarla bağlı ifadə vermir. Bu barədə məlumatlı mənbə bildirib.
Xatırladaq ki, E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun bu həbsi müəyyən qədər gözlənilməz olmuşdu. Çünki Eldar Mahmudovun vəzifəsindən azad olunması və MTN ətrafında baş verən hadisələrdən sonra E.Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilmişdi. Bu təyinat belə bir fikir formalaşdırmışdı ki, hansısa səbəbdən bu generalın həbs olunmaması barədə qərar verilib. Baxmayaraq ki, onun müavini İlqar Əliyev elə ilk dalğada həbs olunmuşdu, Antiterror Mərkəzinin adı isə MTN cinayətlərində qırmızı xətlə keçirdi. Lakin elə həmin İlqar Əliyevin Kürdəxanı təcridxanasında müəmmalı intiharından bir neçə gün sonra Elçin Quliyev də həbs olundu.
Bəzi mənbələr E.Quliyevin gözlənilməz həbsini Eldar Mahmudovun həbsinə hazırlıq kimi dəyərləndirmişdilər. Belə iddialar var idi ki, məhz E.Quliyevin ifadəsi əsasında sabiq nazir həbsə atılacaq. Lakin belə görünür ki, E.Quliyev hələlik dirəniş göstərir və ifadə vermir.
Qeyd edək ki, yaxın günlərdə Eldar Mahmudovun vəzifəsindən azad olunmasından dərhal sonra MTN-də başlayan istintaq və həbslərin 4 ayı tamam olacaq. İndiyədək 20-dən artıq general və yüksək rütbəli zabit həbs olunub, onların əksəriyyəti barəsindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Çox böyük ehtimalla, yaxın günlərdə onların həbs müddətləri uzadılacaq. Çünki istintaqın belə qısa zamanda işini yekunlaşdıracağı inandırıcı deyil.
MTN işində əsas fiqirantın – Eldar Mahmudovun həbs olunub-olunmayacağı məsələsinə isə hələ də tam aydınlıq gətirilməyib. Məlumatlara görə, sabiq nazir ev dustaqlığındadır və ölkədən çıxardığı milyardların geri qaytarılması işi ilə məşğuldur. Çox güman ki, onun taleyinə də bu proses yekunlaşdıqdan sonra aydınlıq gəlmiş olacaq.
Azpolitika.info
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə