Oxunub: 11 535Xalq artisti Aygün Kazımova həmkarı Elton Hüseynəliyevi tənqid edib
Bolgexeber.com xəbər verir ki, xanım müğənni Elton Hüseynəliyevin xalq artisti Flora Kərimovanın sözünü kəsməyinə hiddətlənib. O, rəsmi İnstaqram səhifəsində Elton haqda sərt sözlər yazıb:
“Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddinə ki, xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!”
Aygün Kazımova daha sonra Elton Hüseynəliyevə həsr etdiyi şeiri də paylaşıb:
Sən Eltonsan, Sən ton tonsan. Mən bilmirəm Sən nə ...san. Utanmırsan? Kişi olan vücudundan, O boyundan, Buxunundan? Sən sevilən Sənətkara, Əfsanəvi sənətkarın Yanındaca Rəy bildirib, Donquldanıb, Tullanırsan. Şıllaq atıb Hoppanırsan. Söz atırsan. Axı niyə? Axı kimə? Zərif, incə xanımlara Qısqanırsan, Olmaya sən Elton Consan???