BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda 2000 manatlıq limon

Azərbaycanda 2000 manatlıq limon

9-02-2016, 16:46
Oxunub: 2 225 Azərbaycanda 2000 manatlıq limonAFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. "Qarabağ" futbol klubunun azarkeşlərinin "Xəzər Lənkəran" klubu ilə matçda meydana limon atmaları kluba baha başa gəlib

BAKU.WS-in məlumatına görə, toplantıda 6 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XX turunun "Qarabağ” – "Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 2-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Qeyd edək ki, azarkeşlər meydana limon atıblar.
Bolgexeber.com