BolgeXeber.Com » Gündəm » «Femina» xəzləri “kitayski” çıxdı-VİDEO

«Femina» xəzləri “kitayski” çıxdı-VİDEO

9-02-2016, 17:37
Oxunub: 4 667 «Femina» xəzləri “kitayski” çıxdı-VİDEOAzərbaycanda xəz-dəri satışı ilə məşğul olan azsayda firma olsa da, onların bəzilərinin doğru-düzgün işləmədikləri də aydınlaşmaq üzrədir

BTV xəbər verir ki, «Femina» firmasının Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb. Bu barədə bəzi informasiya agentliklərində də ş.məlumat verilib.
Qeyd edək ki, «Femina»nın firma mağazası «Sədərək» Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 4500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır. Məsələn, 4500 manatlıq xəz paltoya 2500 manatadək endirim edilir. Əgər alıcı malı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. İndi sual olunur: Kanada və ya Yunanıstanda istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır? Hərçənd istehsalçı ölkənin özündə qiymətlər 2000 avrodan başlayır.
BTV bildirir ki, «Femina»nın sahibi Salman Mirzalıyevdir. Onunla bağlı ilginc məlumat ondan ibarətdir ki, firmanın rəhbəri ermənilər tərəfindən işğal olunmuş rayonlarımızdan birindəndir. Mənbə bildirir: «Böyük maddi imkanlarına baxmayaraq, Mirzalıyev cənabları məcburi köçkün statusundan yararlanaraq, müavinət belə alır. «Femina»nın sahibi hətta körpələr evinin otaqlarını da zəbt edərək, orada yaşayır».

Qarşı tərəfin də mövqeyini öyrənib, işıqlandırmağa hazırıq.
Bolgexeber.com