BolgeXeber.Com » Xəbərlər » Olimpiya Stadionunda toy neçəyə başa gəlir?

Olimpiya Stadionunda toy neçəyə başa gəlir?

11-02-2016, 09:41
Oxunub: 2 418 Olimpiya Stadionunda toy neçəyə başa gəlir?Bakının Olimpiya Stadionunun (BOS) PR və media üzrə direktoru Cəmilə Mehdiyeva bəyan edib ki, əhalinin açıq səma altında yay toylarının keçirilməsinə marağı böyükdür

Oxu.az “Rossiya dlya vsex” portalına istinadən xəbər verir ki, internetdə ilk toyun mart ayının 19-da baş tutacağına dair məlumat yayılıb.

“Cari informasiya həqiqətəuyğun deyil" deyə C.Mehdiyeva bəyan edib: "BOS-un təqdim etdiyi xidmətlərdən biri toy mərasimləri üçün ərazinin təmin edilməsidir, amma hazırda hansısa tarix üçün ərazinin rezervasiya edilməsinə dair məlumat yoxdur”.

PR direktorunun sözlərinə görə, toy - kompleksin təqdim etdiyi 16 xidmətdən biridir. Xidmətlərin sırasına müxtəlif növ gecələr, ad günləri, konfranslar, seminarlar, treninqlər, open-air tədbirləri və s. daxildir.

O qeyd edib ki, stadionun komandası bu istiqamətdə cəmi üç aydır ki işləyir: “Bu zaman ərzində uzun müddət bu qəbildən olan tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik qərb həmkarların təcrübəsi mənimsənilərək təməl yaradılıb”.

Bakı qiymətlərindən danışarkən Cəmilə Mehdiyeva qeyd edib ki, qiymətlər sifarişçi ilə fərdi şəkildə müzakirə edilir, çünki BOS özü tədbirlərin təşkili lə məşğul olmur: “Biz sadəcə tədbirin keçirilməsi üçün məkanı təmin edirik. Tədbirin təşkilini isə toy agentlikləri və ya toy sahibləri öz üzərinə götürür. Ona görə də konkret qiymətlər barədə heç nə deyə bilmərəm”.
Bolgexeber.com