BolgeXeber.Com » Analitika » İntihar hadisələrinin artmasının səbəbi nədir? – Ekspert danışır

İntihar hadisələrinin artmasının səbəbi nədir? – Ekspert danışır

11-02-2016, 10:44
Oxunub: 4 088 İntihar hadisələrinin artmasının səbəbi nədir? – Ekspert danışırHətta Avstriya mətbuatında belə faciəvi hadisələrin işıqlandırılması qadağan olunub

Son zamanlar ölkədə intihar dalğası başlayıb. Sanki bir yolxucu xəstəliyə çevrilib. Gün ərzində bir neçə belə hadisə eşitmək olur. Hətta məkətbli şagirdlər arasında da intihar hadisələri getdikcə artmaqdadır. Bir növ sanki intihar çıxış yolu kimi olub.

İntiharın hallarının artmasının bir səbəbi də kütləvi informasiya vasitələri daşıyır. “Qışqıran”, “Gözü Deşən” intihar xəbərləri bu halların artmasına səbəb olur.

Hətta Avstriya mətbuatında belə faciəvi hadisələrin işıqlandırılması qadağan olunub.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovun Qaynar.info-ya açıqlamasında bildirir ki, son zamanlar artan intihar hadisələrinə səbəblərdən biri də, ictimai həyatda baş verən problemlərin çoxluğudur: “Son zamanlar baş verən intihar hadisələrində, əsas diqqət çəkən məqam, intihar edənlərin gənclər və yeniyetmələr olmasıdı. Bunun bir çox səbəbləri var. Bu zaman daxili problemlər üzə çıxır. Ailə daxili münasibətlər və insanın özünün psixoloji sıxıntıları olur, uğursuzluqlar yaranır. Bu da zaman keçdikcə intiharla nəticələnir. Belə bir situasiyada ilk növbədə insan özü öz psixoloji durumunun qeydinə qalmalıdı. Digər bir tərəfdən bu narahatçılığı ətrafdakı insanlar görürlərsə dəstək olmalıdılar.

Bu da ilk növbədə ailə, yaxın adamlar, doğmalar maraqlanmalı və psixoloji gərgin adama həssas yanaşmalıdılar. Çox vaxt biz bu prosesi ciddiyə almırıq. Nəticədə insan təklənir və daha çox öz düşüncələri ilə baş-başa qalır. Onun düşüncələrinin pozitiv ya neqativ olmasını heç kim deyə bilməz. Onlara dəstək olmaq lazımdı. İnsanların düşmüş olduğu stiuasiyaya yanaşmasını dəyişmək olar. Düşünürəm ki psixoloji mariflənməni cəmiyyətdə artırmaq lazımdı. Daha çox çalışmaq lazımdı ki, insanlar özünü reallaşdırsın, aktuallaşdırsın. Özünü reallaşdıran , aktuallaşdıran və inkişaf etdirən insan problemə bir trampilin kimi baxır. Ancaq, dediyimiz sahədə təkminləşməmiş insan problemdən çıxış yolu tapmır. Problemlər hər sahədə ailədə də, karyerada da ola bilər. Özünü reallaşdıran insan buna trampilin kimi baxır. Ancaq aktuallığı olmayan insan bütün problemlərə neqativ yanaşır.”

Elnur Rüstəmov qeyd edir ki, media səviyyəsində yaxşı olar ki, daha çox pozitiv xəbərlərə üstünlük verilsin: “Psixoloji mariflənmə söhbət psixi sağlamlıqdan və psixi təsir tətbiq olunmasından gedir. Bu necə olmalıdı? Hansısa bir intihar hadisəsi bu günün tarixi deyil, tarixən olub. Bunu xəbər kimi yox, bunun səbələri nədən ibarətdi? Cəmiyyətə hansı mesajları vermək olar? Ailələrə hansı mesajları ötürmək olar?Ən əsası iqtisadi çətin durumda olan insanlar nə etməlidilər? Hər bir adamın həyat çarxına uyğun problemləri olur. Cəmiyyətə də məhz problemlərin həyatın sonu deyil trampilin keçid olduğunu təbliğ etmək lazımdır. Belə olan halda istər gənci, istər yeniyetməsi problemə neqativ yanaşmaz. Problemlər öz yerində, amma istərdim pozitiv xəbərlər daha çox paylaşılsın.”
Bolgexeber.com