BolgeXeber.Com » Xəbərlər » Kərəm Həsənov Cəlilabadda görüş keçirib-VİDEO

Kərəm Həsənov Cəlilabadda görüş keçirib-VİDEO

11-02-2016, 11:34
Oxunub: 3 779 Kərəm Həsənov Cəlilabadda görüş keçirib-VİDEOPrezident İlham Əliyevin tapşırığına əsaən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabadda rayon ictimaiyyəti ilə görüşüb

Görüşdə dövlət başçısının ötən ilin yekunları və regionların sosial -iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirələrdə verdiyi tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub ,xatirəsi ehtiramla yad edilib.Dövlət Proqramı çərçivəsində həyata keçirilən infrastruktur layihələr barədə məlumat verən Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, son illərdə yeddi dəfə rayona səfər edən prezident İlham Əliyev ötən ilin avqustunda Heydər Əliyev mərkəzi , iri toxumçuluq təsərrüfatı,Göytəpə şəhərində ulu öndərin adını daşıyan park-bulvar,Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik uşaq baxçası ,6 yaşayış məntəqəsini birləşdirən Alar -Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib.Qeyd edib ki,dövlət başçısının tapşırığı ilə son illərdə ümumilikdə 200 kilometrə yaxın kəndlərarası asfalt yol çəkilib ,30 -dan çox məktəb tikilib ,Cəlilabad diaqnostika mərkəzi və Mərkəzi rayon xəstəxanasının yeni binaları inşa edilib,su -kanalizasiya siteminin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir.2014 -2018 -ci illər Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunan konfrans barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov qeyd edib ki,dünyada baş verən iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməsə də, ölkə başçısı tərəfindən aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmiz inkişaf dinamikasını saxlaya bilib.Qeyd edib ki ,dünya iqtisadiyyatında böhran yaşandığı bir zamanda ölkəmizdə sosial -iqtisadi inkişaf davam edir,sosial layihələr icra olunur,prezidentin sərəncamı ilə əmək haqları,müavinətlər,təqaüdlər artırılıb, aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilir.Komitə sədri dedi ki,yaranmış yeni iqtisadi şəraitdə sahibkarlığı daha da genişləndirmək, iş adamlarına yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülür,daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi istiqamətində işlər aparılır.Ölkə başçısının tapşırığına əsasən bu il geniş özəlləşdirmə proqramı icra ediləcək deyən Kərəm Həsənov artıq bu proqramın hazırlanması istiqamətində tədbirlərə başlandığını,prosesə yerli və xarici investorların aktiv cəlb olunmasının nəzərdə tutulduğunu söyləyib.Bu səbəbdən artacaq dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldiləcək,regionların iqtisadi potensialı güclənəcək.Komitə sədri bir sıra özəlləşdirilmiş müəssisələrinin fəaliyyət göstərməməsi və ya başqa məqsədlə istifadəsi kimi halların mövcudluğu məsələsinə aydınlıq gətirib.Komitə sədri qeyd edib ki,indi qarşıya qoyulan əsas vəzifələrdən biri də ölkənin ərzaq məhsulları ilə təminatınıda idxalın aradan qaldırılması, ixrac potensialının artırılması və bunun üçün iri taxılçılıq təsərrüfatlatının yaradılması,torpaqlardan istifadənin səmərəliliyin intensivliyini təmin etməkdir.Əlverişli coğrafi mövqeyi,torpaq- iqlim şəraiti,böyük əmək resursları əmək tutumlu üzümçülük ,taxılçılıq ,heyvandarlıq,bitkiçilik və aqrar sektorun digər sahələrində Cəlilabadda mühüm nailiyyələri əvvəlcədən şərtləndirir

deyən komitə sədri bildirdi ki,bu layihələrin icrası minlərlə yeni iş yerlərinin açılmasına imkan verəcək.Çıxış edən sahibkarlar dövlət başcısınin imzaladığı son sərəncam və fərmanların dinamik inkişa səbəb olacağını bildiriblər,yeni istehsal və emal müəssisələri ,iş yerlərinin yardılması ilə bağlı bir sıra təkliflər veriblər. Görüşdə çıxış edən Milli Məclis üzvləri Malik Həsənov,Mirkazım Kazımov və Fəzail İbrahimli 2014 -2018 -ci illər Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunan konfrasda qarşıya qoyulan vəzifələrin icrasının ölkənin ,eləcə də cəlilabadın sosial-iqtisadi inkişafına böyük təkan verəcəyini bildiriblər.İctimaiyyət nümayəndələri regionlara,o cümlədən Cəlilabada göstərdiyi qayğıya görə dövlət başçısına minnətdarlıq edib.
Bolgexeber.com