BolgeXeber.Com » Analitika » “Zaminbank” fırıldaqçılıqla məşğuldur

“Zaminbank” fırıldaqçılıqla məşğuldur

7-05-2012, 21:35
Oxunub: 6 317 “Zaminbank” vətəndaşları aldadır

Xalqxeber.info-nun verdiyi məlumata görə, bu sözləri ötən gün İnsan Hüquq və Azadlıqlarını Müdafiəsi Təşkilatının ofisində keçirilən mətbuat konfransında zərərçəkmiş, Bakı şəhər sakini Həşimov Əli Qüdrət oğlu deyib. Onun sözlərinə görə, 2007-ci ildə Zaminbankın “İnşaatçı” filialındanözüm və dostum Mirzəyev Pərviz hər birimizə 1000 manat istehlak krediti götürdük. Müqavilədə nəzərdə tutulan vaxtda pulu ödədik. Sonradan digər dostum Muxtar Abdullayev özü ilə tanışı Maksimov Fəxrəddin adına hər biri 2000 manat olmaqla istehlak ke=rediti götürdülər. Bir neçə vaxt keçdikdən sonra bizə məlum oldu ki, Muxtarın adına olan hissədən müəyyən qədər ödənsə də Muxtarın Maksimov fəxrəddinin adına götürdüyü puldan ödənilməyib. Malsimov Fəxrəddin bir neçə dəfə narazılığını bildirdiyi üçün və Muxtar da həmin vaxt xaricdə olduğu üçün həminkreditin öhdəliyini 1838 manatını yəni yerdə qalanını öz üzərimə götürdüm. Müddətdən sonra Muxtarla bərabər getdik banka. Muxtar bildirdi ki, taksi şirkəti açırıq və bir neçə avtomobili gətirib girov qoyub kredit götürəcəm. Həmin kreditin bir hissəsi ilə Əlinin və öz adıma olan borcu bağlayacam.Kredit şöbəsinin müdiri Rəhim müəllim bizə bildirdi ki, böhranla əlaqədar krediti dayandırmışıq amma rəhbərliklə danışım razılığa gəlsə verərik. Bir həftədən sonra Rəhim müəllim bizə zəng vuraraq, banka gəlməyimizi istədi. Orada bizə bildirdi ki, razılıq aldım amma bir şərtim var sizdən başqa 5 nəfər problemli müştərimiz var. Biz maşının qiymətinin 80 faizini ödəcəyik və “şapka” almayacağıq.Lakin Siz öz borcunuzdan əlavə 30 avtomobil girov qoymaqla hər birindən 1000 manat çıxıb sizin və həmin 5 nəfər problemli müştərinin borcunu siləcəyik. Biz Rəhim müəllimlə razılaşdıq və ilk olaraq 7 avtomobili girov qoyduq. Amma adımızda kredit olduğu üçün avtomobilin 4-nü mənim 3-nü isə dostum Muxtarın adına sənədləşdirdilər. Avqustun 1-də pulu götürməyə getdik. Amma nədənsə ayın 4-ü gəlməyimizi dedilər. Avqustun 4-ü mənə çeklərə qol çəkdirdilər ki, pulu indi verəcəyik. Məndə bütün sənədlərə qol çəkdim və dedilər ki, sabah gəl pulu götür. Səhəri gün pulu götürməyə getdim və orada mənə bildirdilər ki, sizə pul düşmür. Siz maşenniksiniz. Bizdə məcbur qalıb maşını bizə satanları banka çağırdıq ki, belə bir məsələ çıxıb ortaya. Bankdan bildirdilər ki, sizin və o 5 nəfərin borcu ödənilməyənə qədər maşınlar girovdan çıxmayacaq. Hörmətli media nümayəndələri buradan da aydın olur ki, hüquqlarımız kobud şəkildə pozulub. Bankın verdiyi elana görə, guya mən bankda4 avtomobil girov qoyub, 45000 AZN kredit almşam. Guya səhəri gün banka getmişəm və həmin puldan 29 551 manat 89 qəpiyini geri ödəmişəm. Sual ortaya çıxır əgər mən bu pulu 1 gündən sonra qaytaracaq idimsə niyə görə, 2 avtomobil deyil, 4 avtomobil girov qoyurdum. Bundan başqa əgər 45000 manat kredit pul götürüb, səhəri gün 29 551 manat 89 qəpik ödəyəcəkdimsə niyə maşının 2-ni girovdan çıxarmırdım. Burdan da aydın olur ki, Zaminbankın “İnşaatçı” filialı fırıldaqçılıqla məşğuldur.

Biz bu məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə şikayət etdik. Məhkəmənin hakimi Natiq Abbasov öz şəxsi maraqlarına görə, qərarı Zaminbankın “İnşaatçı” filialının xeyrinə çıxardı. Biz yenidən Apelyasiya şikayəti verdik. Amma Apelyasiyanın hakimi İlqar Xələfov da pula satıldığından evvləki qərarı qüvvədə saxladı. Bu gün əlimiz hər yerdən üzülüb və tək ümüdimiz cənab Prezidentədir. Bizə bir köməklik olunmazsa Zaminbankın “İnşaatçı” filialının qarşısında aksiya keçirməyi qərara almışıq.

Mətbuat konfransında çıxış edən İnsan Hüquq və Azadlıqlarının Müdafiə Təşkilatının sədri, Xüsusi vəkil, Ekspert-Hüquqşünas Rasim Əlizadə bildirdi ki, vətəndaşlara qarşı böyük haqsızlıq olmaqla yanaşı, hüquqları kobud şəkildə pozulub. Biz belə düşünürük ki, belə bir bankın fəaliyyərtinə son verilməsi vacibdir əks təqdirdə böyük fəlakətlərə gətirib çıxara bilər. Biz lazımi qaydada tədbirlər həyata keçirəcəyik və aidiyyatı qrumlara məlumata vermişik.

P.S. Son zamanlar bəzi əməkdaşlarının fırıldaqçılığı ilə bağlı adı gündəmə gələn “Zaminbank” ASC-nin də Elman Rüstəmova aid olduğu deyilir. Əlbəttə, başqa məmurların bir bankı olanda baş bankirin gərək ikisi olsun.