BolgeXeber.Com » Sosial » Qadın çobanı qayçı ulə öldürdü

Qadın çobanı qayçı ulə öldürdü

8-05-2012, 11:15
Oxunub: 4 626 Hadisə Yevlaxda baş verib

Yevlaxda çoban qətlə yetirilib. Yevlax şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Nemətabad kəndi yaxınlığında yerləşən fermanın ərazisində orada çoban işləyən 1958-ci il təvəllüdlü Ələddin Məhərrəmovun üzərində xəsarətlər olan meyiti tapılıb.

Araşdırma zamanı onun çoban yoldaşının arvadı 1981-ci il təvəllüdlü Şəhla Muxtarova tərəfindən qayçı ilə qətlə yetirildiyi müəyyən olunub.

Ş.Muxtarova şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, qətlə iki çobanın ailəsi arasında münaqişəyə səbəb məişət mübahisəsi olub.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.