BolgeXeber.Com » Gündəm » “QlobalNet” və “DataPlus” müştərilərini niyə aldadır? (VİDEO)

“QlobalNet” və “DataPlus” müştərilərini niyə aldadır? (VİDEO)

12-02-2016, 13:11
Oxunub: 13 583 “QlobalNet” və “DataPlus” müştərilərini niyə aldadır? (VİDEO)“QlobalNet”dən yerdəyişmə olduğunu təsdiq etsələr də, əlavə məlumat verə bilməyəcəkəlrini bildirdilər

Bu gün ölkəmizdə internet provayderlərin göstərdiyi xidmətlərdən razı olanlar azdır. İl olub 2016 bizdə hələ də internetin keyfiyyətində kifayət qədər problemlər var. Kimi deyir müştərisi olduğum provayder aldığım internetin sürətini düzgün vermir, kimi də deyir ki, tez-tez internet kəsintisi olur. Masazır qəsəbəsi Qurtuluş 93 ünvanında yaşayan Vasif Sultanov da bənzər problemlə üzləşənlərdən biridir. BTV-nin elektron poçtuna yazan şikayətçi deyir ki, müştərisi olduğu “QlobalNet” internet provayderi istifadəçilərə xəbərdarlıq etmədən yerini “DataPlus”a verib. Yeni xidmətə başlayan provayder isə həm köhnə qiymətlərdən baha xidmət göstərir, həm də daha keyfiyyətsiz. Şikayətçi deyir ki, bəzən həftələrlə internetsiz qalırlar. Zəng edib məsələni aydınlaşdırmağa çalışanda isə ya zənglərə cavab verən olmur ya da operatorlar bir-birinə yönləndirərək sualı cavabsız qoyurlar. Biz də şikayətçinin iddialarına aydınlıq gətirmək üçün adıçəkilən provayderlərlə əlaqə saxladıq. “QlobalNet”dən yerdəyişmə olduğunu təsdiq etsələr də, əlavə məlumat verə bilməyəcəkəlrini bildirdilər. “DataPlus” isə zəngələrimizə cavab vermədi.
Bolgexeber.com