BolgeXeber.Com » Sosial » “BAKI-SUPSA” SIRADAN ÇIXIR

“BAKI-SUPSA” SIRADAN ÇIXIR

8-05-2012, 11:20
Oxunub: 4 042 Amma, bu "Azəri-Çıraq-Günəşli"dən ixrac olunan neftin həcminə təsir etməyəcək

“Reuters” agetliyinin mayın 7-də yaydığı xəbərdə deyilir ki,”Bakı-Supsa” neft boru kəməri ilə daşınmalar mayın 15-dən iyulun 15-inə qədər öncədən nəzərdə tutulduğu kimi təmir işləri ilə bağlı qapana bilər.

Amma, bu "Azəri-Çıraq-Günəşli"dən ixrac olunan neftin həcminə təsir etməyəcək. Bu barədə "BP-Azərbaycan"ın sözçüsü Tamam Bayatlı bazar ertəsi məlumat verib. “Çıraq”dan "Bakı-Supsa" boru xətti ilə gündəlik daşınan 74.000 bariel neft Bakı-Tibilisi-Ceyhan neft kəməri ilə daşınacaq.