BolgeXeber.Com » Analitika » Deputat köməkçisi üçün 60 min dollarlıq evi niyə alıb?

Deputat köməkçisi üçün 60 min dollarlıq evi niyə alıb?

8-05-2012, 13:00
Oxunub: 5 444 Adı bizə məlum olan parlamentin deputatlarından biri paytaxtın mərkəzi yerlərindən birində öz köməkçisi üçün 2 otaqlı mənzil alıb.

İnformasiyaya görə, metro stansiyalarından birinə yaxın yerdə, paytaxtın ən cazibəli, müasir tələblər səviyyəsində təmir olunan mərkəzi hissəsində satın alınan 2 otaqlı mənzil millət vəkilinin köməkçisinə elə-belə başa gəlməyib cəmisi 60 min dollara. 31 yaşlı bu kadr öz istirahətinə, əyləncəsinə haram qataraq, köməkçisi olduğu deputata tapşırılmış qanun layihəsini 7 ay müddətində hazırlarayaq ona təqdim edib.

Bununla yanaşı, o, artıq 4 sessiyadır ki, həmin parlament üzvünün Milli Məclisin plenar və komitə iclaslarındakı çıxışlarını hazırlayıb. Parlament fəaliyyəti ilə yanaşı, biznes sahəsində də çalışan deputatın ona tapşırılan vəzifələri icra etməyə vaxtı olmadığından millət vəkilinin qanun yaradıcılığı prosesini onun köməkçisi hazırlayıb. Deputat köməkçisi hələ 1994-cü ildə qəbul edilmiş qanunlardan birinə əlavə və dəyişikliklər layihəsini hazırlayaraq, rəhbərinə təqdim edib. O isə bu sənədi sadəcə, oxuyaraq layihəni ümumi müzakirəyə təqdim edib. Əldə etdiyimiz daha bir xəbərə görə, deputat köməkçisinin iyun-avqust aylarında Hollandiyadakı istirahət xərclərinə də köməklik göstərməyi vəd edib..

qazeta.com