BolgeXeber.Com » Dünya » Göz dəyməsin: 84 arvad və 401 övladlı kişi

Göz dəyməsin: 84 arvad və 401 övladlı kişi

8-05-2012, 16:15
Oxunub: 5 333 Amadu Sidi Cibril kefinin kök, damağının çağ olduğunu deyir. Çünki o, böyük ailənin başçısı, bir nəslin ağsaqqalıdır.

Üstəlik, mehriban və qayğıkeş ər, övladlarını sevən ata olduğunu deyir.
Amma Sidi Cibrilin bir problemi var: o, övladlarının hamısının adlarını yadda saxlaya bilmir.

Çünki 73 yaşlı Amadunun 401 övladı var. Üstəlik, onun 64 övladı da bu ilin sonunadək anadan olmalıdır.

"Əl Ərəbiyyə"yənin yayımladığı məlumatda bildirir ki, Malinin Kuilkoro şəhərinin cənubundakı Buquni Bamamo kəndində yaşayan Amadu Sidi Cibrilin 84 arvadı, 401 övladı var. Kənddəki evlərin, daha doğrusu, çiy kərpicdən tikilmiş kiçik daxmaların tam əksəriyyəti Amaduya məxsusdur.

Amadunun 56 arvadı hamilədir və dediklərinə görə, bu ilin sonunadək doğmalıdırlar.
1200 dəvəsi, 540 inəyi, 4 minə yaxın qoyunu, 200 camışı olan Amadunun sözlərinə görə, çoxsaylı ailəsini dolandırmaq üçün çətinlik çəkmir.

"375 oğlum var və onların ən kiçiyi 8 aylıqdır. Yerdə qalanlar, yəni 310 nəfər çalışır, işləyirlər və hərəsi bir işin qulpundan yapışır", - deyən Amadunun təsərrüfatı sanki kiçik şəhərdir.
Çünki Amadunun 46 yük maşını, 12 cipi, 18 traktoru, 32 velosipedi və s. texnikası var.

Amadu yaşadığı kəndin mühafizəsini oğullarına tapşırıb. Daha doğrusu, çoxuşaqlı atanın oğullarından ibarət 130 nəfərlik silahlı dəstə var. Bu dəstənin pulemyotlu cipləri, qumbaraatanları, hətta təyyarə və helikopterləri vurmaq üçün kiçik raketləri də var.
Amadu Sidi Cibril kəndin yaxınlığındakı bütün vahələrlə yanaşı, Niger çayının sahilindəki qızıl, mis və molibden mədənlərinə də nəzarət edir.

O, Afrikanın, bəlkə də dünyanın ən çoxuşaqlı atası sayıla bilər. Ümumiyyətlə, Amadunun ailəsi unikal icma da hesab olunur.

Sequ və Makako şəhərlərindəki dövlət məmurlarının dediklərinə görə, yaxın vaxtlarda Amadunun ailəsi həndəsi silsilə ilə böyüməyə başlayacaq, çünki çoxuşaqlı atanın oğulları ailə qurublar və bu yaxınlarda atalarını nəvələrlə sevindirəcəklər.

"Amenokal", yəni tuareqlər arasında qəbilə başçısı sayılan Amadu Sidi Cibril isə bu ayın sonunda daha iki arvad almaq niyyətindədir.

Tuareqlərin sosial bölümü çox sərt və dəqiqdir. Çoxlu dəvələri olanlar "zadəganlar", din xadimləri "ineslemen"lər, keçi bəsləyənlər - "imqad"lar, qullar və ya əsirlər - "iklan"lar, dəmirçilər isə "ineden"lərdir. Bu kastaların mənsubları yalnız mənsub olduğu sosial qrupa məxsus adamla ailə həyatı qura bilər.

Tuareqlərin ən böyük tayfaları Yullemiden, İfras, Kel Ahaqqar, Kel Accer, Kel Adrar, Kel Ayr, Kel Qeres, Alemmeden Kel Dennek, Allemmeden Kel Atatamdır.

Milli.Az