BolgeXeber.Com » Bölgə » Ərəstun Cavadovun kampaniyası uğurla gedir

Ərəstun Cavadovun kampaniyası uğurla gedir

4-11-2010, 13:25
Oxunub: 6 222 Cəlayir kənd sakinləri YAP-ın namizədini dəstəkləyir

87 saylı Ağsu-İsmayıllı seşçki dairəsindən Yeni Azərbaycan Partiyasının
vahid namizədi Ərəstun Cavadov özünün təbliğat-təşviat kampaniyası çərçivəsində ağsu rayonunun Cəlayir kəndinin seçiciləri ilə görüş keçirib. Görüşdə iştirak edən “Bolgexeber”-in əməkdaşının verdiyi məlumata görə görüşdə 200 nəfərdən çox seçici iştirak edib. Kənd sakinləri hazırkı deputat və YAP namizədi Ərəstun Cavadovu dəstəkləyəcəklərini bildirblər.

Belə ki, kəndin ağsaqqal seçiciləri özlərinin dərin minnətdarlığını bildiriblər ki, Ə.Cavadov deputat olduğu illər ərzidə heç onların müraciətlərini heç bir zaman cavabsız qoymayıb və dairə seçicilərinin həyat sevəyiyəsinin qalxmasında, abadlıq-quruculuq və eləcə də iş və təhsil çətinliyi çəkən sakinlərin problemlərinin həllində öz köməyini əsirgəməyib.

Ərəstun Cavadov öz seçiciləri qarşısında çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq hər zaman seçicilərin yanında olmaq onun borcu olub və daim bu borcu yerinə yetirmyə çalışıb. Ərəstun Cavadov həm də söz verib ki, seçicilərinin etimadını yüksək səylə doğruldacaq.