BolgeXeber.Com » Analitika » «Atena»nın məhsulları zay çıxdı

«Atena»nın məhsulları zay çıxdı

14-05-2012, 15:55
Oxunub: 6 645 Şirkətin istehsal etdiyi məhsulların aşağı keyfiyyətli olması istehlakçıların zəhərlənməsinə gətirib çıxarıb


Bir müddət əvvəl fəaliyyətə başlayan və bu zaman güclü reklam işləri həyata keçirməklə istifadəçilərinin diqqətini çəkməyə çalışan «Atena» Süd və Süd Məhsulları şirkətindən şikayət edənlərin sayı durmadan artır. Bolgexeber.com-a müraciət edən bir qrup paytaxt sakini bildirib ki, onlar sözügedən şirkətin məhsullarının tərkibindən narahatdırlar.

Belə ki, bu yaxınlarda «Atena»nın istehsal etdiyi ayrandan içən zaman mədə-bağırsaq pozuntusu ilə üzləşmiş vətəndaşlardan biri bununla bağlı həkimə müraciət etməli olub. Həmin diaqnozu isə belə olub ki, istehlakçının mədə-bağırsağında yaranmış problemin səbəbi onun hansısa keyfiyyətsiz və vaxtı keçmiş süd məhsulundan istifadə etməsidir.

Amma bu ilk və son hadisə deyil. Əksinə, yayın gəlişi ilə əlaqədar olaraq süd və süd məhsullarından geniş şəkildə istifadə etməyə başlayan sakinlər dəfələrlə belə vəziyyətlərlə üzləşiblər. Məsələn, onlar dükandan aldıqları «Atena» şirkətinə məxsus ayran və südün tərkibinin tamamilə sudan ibarət olduğunu dəqiqləşdirə biliblər. Eyni zamanda, məlum olub ki, «Atena»nın istehsal etdiyi məhsulların böyük bir qisminə Hollandiyadan gətirilmiş quru süd vurulduğu uçün aşağı keyfiyyətli mallar ortaya çıxılb.

Saytımıza müraciət edən bir başqa Bakı sakini isə qeyd edir ki, «Atena» şirkətinin istehsal etdiyi məhsulların aşağı keyfiyyətli olması ilə bağlı dəfələrlə İqtisadi İnkişaf Nazirliyinə müraciət ediblər. Onun sözlərinə görə, buna baxmayaraq, nazirlik onlara heç bir cavab verməyib. Həmin paytaxt sakininin bu şəkildə davranmasının səbəbi isə uşağına verdiyi süddən zəhərlənməsi olub. «Həkimə müraciət etdikdə onlar da təsdiqlədilər ki, zəhərlənməninin səbəbi aşağı keyfiyyətli süd məhsulundan yararlanması olub. Biz də uşağa «Atena»nın istehsal etdiyi süd verirdik. Şirkətlə bağlı etdiyimiz şikayətlərə baxmayaraq, tədbir görülməməsi də doğrusu, narahatlığımıza səbəb olur».

Apardığımız araşdırma zamanı məlum olub ki, İİN-in «Atena» ilə bağlı şikayətlərə baxmaması heç də səbəbsiz deyil. Həmin səbəblərdən ən birincisi bu süd şirkətinin Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova məxsus olmasıdır. Mənbə bildirir ki, icra başçısı bu süd zavodu ilə bağlı böyük pullar qazanmağı hədəfləyir və ona görə də, istehsal edilən məhsulların tərkibinə deyil, sayına diqqət yetirir.