BolgeXeber.Com » Dünya » Gəlin vanna otağında bıçaqlandı – Fotolar

Gəlin vanna otağında bıçaqlandı – Fotolar

16-05-2012, 13:00
Oxunub: 4 627


Gəlin toydan sonrakı gün vannanın içində bıçaqlanmış vəziyyətdə tapılıb. Polis yoxa çıxan bəyi axtarır

ABŞ mətbuatının verdiyi xəbərə görə, Çikaqo şəhərində yaşayan 25 yaşlı Estrella Karrera keçən həftənin cümə günü evlənib. İkinci uşağının atasıyla evlənən gənc qadın toydan sonrakı gün evin vanna otağına bıçaqlanmış vəziyyətdə tapılıb. Gəlin öldürülərkən gəlinlik üzərində olub.
Gənc qadının evliliyini ailəsindən gizlədiyi və yalnız bir neçə yaxınının onun toyunda iştirak etdiyi bildirilir. Yaxın qohumlarından biri cümə günü ona zəng etdiyini, səsinin çox şən çıxdığını, ancaq toy barədə heç nə danışmadığını deyib. Karreranın iki uşağını toya aparmadığı, atasının yanından qoyduğu məlum olub.

Ann.az