BolgeXeber.Com » Mədəniyyət » Məşhur sovet aktrisası öldü-VİDEO

Məşhur sovet aktrisası öldü-VİDEO

3-03-2016, 13:02
Oxunub: 4 478 Məşhur sovet aktrisası öldü-VİDEOMəşhur aktrisa Natalya Kraçkovskaya 78 yaşında ürək çatışmazlığından vəfat edib

Rusiya mediasının məlumatına görə o, fevralın 27-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Həkimlər tanınmış aktrisanı xilas etməyin mümkün olduğunu söyləsələr də, xəstənin vəziyyəti getdikcə ağırlaşıb.

Sovet teatr və kino aktrisası olan Kraçkova Rusiyanın əməkdar artist adına layiq görülüb.Kraçkovskaya 1938-ci ilin noyabr ayının 24-də anadan olub. O, 70-dən çox filmdə çəkilib. Aktrisa bir qayda olaraq ikinci dərəcəli, amma yadda qalan rolları ifa edirdi. Onun kinodakı uğuru Qaydayın “12 stul” filmindəki madam Qriçaç rolundan sonra başlayıb. Eyni zamanda “İvan Vasilyeviç peşəsini dəyişir”, “Mənim ərim olun”, “Ola bilməz” və başqa filmləri ilə Kraçkovskaya tamaşaçıların yaddaşında qalıb.
Bolgexeber.com