BolgeXeber.Com » İdman » Kadırovun boksçusu nokaut oldu - VİDEO

Kadırovun boksçusu nokaut oldu - VİDEO

8-03-2016, 11:29
Oxunub: 3 860 Kadırovun boksçusu nokaut oldu - VİDEOVBA versiyası üzrə super ağır çəki kateqoriyasında dünya çempionu, Çeçenistanın “Əhməd” klubunun üzvü 37 yaşlı boksçu Ruslan Çaqayev avstriyalı Lukas Braunla qarşılaşıb

Axar.az xəbər verir ki, Çeçenistan Prezidenti Ramzan Kadırovun himayəsindəki boksçu görüş ərzində rəqibi ilə mübarizədə üstün olub, lakin matçın sonunu gətirə bilməyib.

Ruslan Çaqayev görüşün 10-cu raundunda Lukas Braunun zərbəsi ilə yerə yıxılıb. Ayağa qalxıb mübarizəni davam etdirən Çaqayev Braunun zərbələrinə qarşılıq verə bilməyib və hakim avstriyalının qalib gəldiyini açıqlayıb.

Çaqayev döyüşdən sonra hakimi mübarizəni erkən dayandırmaqda ittiham edib.

Kadırov isə məsələ ilə bağlı İnstaqramdan Ruslan Çaqayevə dəstək verib:

“Məğlubiyyətə baxmayaraq, Çaqayev böyük boksçudur və hörmətə layiqdir”.
Bolgexeber.com