BolgeXeber.Com » Dünya » Rusiyalı tennisçi Mariya Şarapovada dopinq aşkar olunub

Rusiyalı tennisçi Mariya Şarapovada dopinq aşkar olunub

8-03-2016, 11:49
Oxunub: 2 703 Rusiyalı tennisçi Mariya Şarapovada dopinq aşkar olunubRusiyalı məşhur tennisçi Mariya Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkar edilib

"Report"un məlumatına görə, bu barədə 29 yaşlı idmançının özü keçirdiyi xüsusi mətbuat konfransında açıqlama verib.
O bildirib ki, bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından məktub alıb. Məktubda onun dopinq-testinin müsbət nəticə verdiyi bildirilib. Şarapova mildronatı 2006-cı ildə səhhətində problem yarandığı vaxtdan qəbul etməyə başlayıb. Bu il yanvarın 1-dən isə bu preparat qadağan olunmuş dərmanlar siyahısına düşüb. Ona yenilənmiş siyahını göndərsələr də, nə özü, nə də ətrafındakılar göz gəzdirib. Hazırda Şarapova onu hansı cəzanın gözlədiyini və nə vaxt tennisə qayıdacağını bilmir:
"Karyeramı bu cür başa vurmaq istəmirəm. Ümidvaram ki, mənə daha bir şans verəcəklər".
Mariya Şarapova yanvarın 26-da "Australian Open"in 1/4 finalında Serena Uilyamsa məğlub olduqdan sonra meydana çıxmayıb. O, dünyanın sabiq bir nömrəli tennisçisi, "Böyük dəbilqə" seriyalı bütün turnirlərin qalibi, idmançılar arasında reklam gəlirləri üzrə liderlərdəndir.
Bolgexeber.com