BolgeXeber.Com » Dünya » NATO baş katibi Avropa Birliyini Türkiyəyə münasibətdə ədalətli olmağa çağırdı
NATO baş katibi Avropa Birliyini Türkiyəyə münasibətdə ədalətli olmağa çağırdı
8-07-2010, 16:05
Oxunub: 6 841
NATO baş katibi Avropa Birliyini Türkiyəyə münasibətdə ədalətli olmağa çağırdı
Anders Foq Rasmussen: “Türkiyənin Avropa Müdafiə Agentliyinə üzv olma istəyinə müsbət cavab verilsin”
NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa Birliyinin Türkiyəyə qarşı daha ədalətli davranmasının vacib olduğunu vurğulayıb. “trt.net.tr” saytının Azərbaycan versiyasında yer alan məlumata görə, Anders Foq Rasmussen Türkiyə ilə yalnız NATO-da deyil, Avropa Birliyində də bir ortaq kimi yaxın əlaqələrin önəmli olduğunu söyləyib.
O, Avropa Birliyini Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi üçün üzvlük müzakirələrindən əlavə bir sıra praqmatik addımlar atmağa çağırıb. Anders Foq Rasmussen xüsusilə Avropa Birliyinin hərbi missiyalardakı qərar vermə mexanizmlərində Türkiyəyə daha çox rol verməsini vacib hesab edib və Türkiyənin Avropa Müdafiə Agentliyinə üzv olma istəyinə müsbət cavab verilməsini istəyib.
Norveç kimi Avropa Birliyi üzvü olmayan ölkənin bu mexanizmin içində yer aldığına diqqət çəkən NATO-nun baş katibi Türkiyəni hərbi araşdırma və inkişafı nəzərdə tutan bir qurumdan kənarda saxlamağı ədalətsizlik hesab edir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər