BolgeXeber.Com » Mədəniyyət » Azərbaycanı “Eurovision-2016”da o təmsil edəcək-VİDEO

Azərbaycanı “Eurovision-2016”da o təmsil edəcək-VİDEO

10-03-2016, 16:18
Oxunub: 4 572 Azərbaycanı “Eurovision-2016”da o təmsil edəcək-VİDEOİctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə "Eurovision" Mahnı Müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini açıqlayıb

21 yaşlı ifaçı mayın 10-da baş tutacaq ilk yarımfinalda "Eurovision" səhnəsinə çıxaraq “Miracle” mahnısını ifa edəcək.

Hələ 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin milli seçim turunda iştirak etmiş, lakin o dövrdə milli müsabiqənin həmin ilki ən gənc iştirakçıcı kimi ictimaiyyətin diqqət mərkəzinə çevrilmiş 16 yaşlı Səmra ölkəni "Eurovision"da təmsil etmək hüququnu əldə edə bilməmişdi. Bundan sonra o müxtəlif ölkələrdə keçirilən “Səs” müsabiqələrində iştirak edib və daha da püxtələşib. Belə ki, 2015-ci ildə Səmra “O Səs Türkiyə” verilişində 1/4 finala qədər irəliləyib, 2016-cı ilin mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib.

İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti və Avropanın 35 ölkəsindən olan "Eurovision" azarkeşlərinin rəyi əsasında seçilib.

Səmranın "Eurovision"da ifa edəcəyi "Miracle" mahnısının rəsmi olaraq təqdimatı bu həftə sonu olacaq.
Bolgexeber.com