BolgeXeber.Com » Sosial » Bakıda 20 yaşlı oğlan özünü 5-ci mərtəbədən atıb

Bakıda 20 yaşlı oğlan özünü 5-ci mərtəbədən atıb

19-05-2012, 12:15
Oxunub: 5 129 Bakıda intihar hadisəsi baş verib

Bu barədə APA-ya Nərimanov rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə rayonun Əlizadə küçəsi, ev 36 a, mənzil 34-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Orxan Vahid oğlu Kərimli yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Mərhum aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.