BolgeXeber.Com » BÖLGƏ TV » Bakının intim xidmətli masaj salonları - VİDEO

Bakının intim xidmətli masaj salonları - VİDEO

12-03-2016, 11:00
Oxunub: 56 672 Bakının intim xidmətli masaj salonları - VİDEOBakıda masaj adı altında intim xidmət göstərən kifayət qədər bir çox istirahət mərkəzi var

Bolgexeber.com xəbər verir ki,ANS PRESS-in məlumatına görə, bu cür obyektlər paytaxtın bir çox ərazisində gözə dəyir və əfsuslar olsun ki, sayı günbəgün artır. Maraqlısı odur ki, bu obyektlərin böyük əskəriyyəti yaşayış binalarının həndəvərindədir. Bundan başqa dalan və kənar küçələrdə də belə xidmət təklif edən bənzər məkanlar var.

Məsələn, belə obyektlərdən biri Lev Tolstoy küçəsindədir. Binanin zirzəmisində fəaliyyət göstərən və sağlamlıq mərkəzi adı altında priton kimi istifadə olunan obyektin qarşısından keçmək kifayətdir ki, içəridə nə kimi xidmətlərin təklif olunduğunu biləsən. Digər bir məqam isə içəridə asayişi ucaboylu, cüssəli oğlanarın təmin etməsidir. İçəriyə bir addım atan an menyu kimi xidmətlər cəvdəli təklif edilir.

"Paytaxtın mərkəzindəki massaj salonları müştərilərinə VİP xidmətlər təklif edir"
Təkcə bu küçədə bir birinə yaxin 3 massaj salonu fəaliyyət göstərir ki, onların da xidmət istiqaməti eynilik təşkil edir. Paytaxtın mərkəzindəki massaj salonları isə VİP xidmətlərlə öz müştərisini gözləyir.

Baş çəkdiyimiz başqa bir "xidmət sahəsi" isə Dərnəgül qəsəbəsi, Əcəmi Naxçıvani küçəsindədir. Üzlərindən yorğunluq tökülən qadınlar, xidmət edəcəyi şəxsə onunla bir saat keçirəcəyi otağı da nümayiş etdirir.

Hər halda, bu, bizim gecə apardığımız bir neçə saatlıq müşahidənin nəticəsi idi. Göstəmək bizdən, ölçü götürmək isə hüquq mühafizə orqanlarının öhdəsinə düşür.