BolgeXeber.Com » Sosial » Hərbi Prokurorluq Müdafiə Nazirliyinin tabehçiliyindən çıxarılır

Hərbi Prokurorluq Müdafiə Nazirliyinin tabehçiliyindən çıxarılır

21-05-2012, 17:50
Oxunub: 4 624 Hərbi Prokurorluq orqanları hərbi qurumların, o cümlədən Müdafiə Nazirliyinin asılılığından azad olunacaq.

APA-nın xəbərinə görə, bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik ediləcək.
Belə ki, indiyədək hərbi prokurorluq orqanları maddi-texniki vəsait, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla Müdafiə Nazirliyi və qoşun növlərinin komandanlığı, hərbi birləşmələr tərəfindən təchiz edilirdi, həmçinin xidməti binalarının mühafizəsi təmin olunurdu.

Dəyişikliklə “Prokurorluq haqqında” qanundan müvafiq bənd bütünlüklə çıxarılacaq.
Bundan sonra Hərbi Prokurorluq orqanlarının maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Həmçinin xidməti binalarının mühafizəsi hərbçilər tərəfindən deyil, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçiriləcək.