BolgeXeber.Com » Dünya » Ankara terrorunu törədənlər bilindi: - 1 qadın, 1 kişi

Ankara terrorunu törədənlər bilindi: - 1 qadın, 1 kişi

14-03-2016, 13:34
Oxunub: 3 702  Ankara terrorunu törədənlər bilindi: - 1 qadın, 1 kişi Martın 13-də Ankarada baş vermiş terror hadisəsinin 1-i qadın olmaqla 2 terrorçu tərəfindən törədildiyi bəlli olub

Bolgexeber.com Türkiyə mediasına istinadən məlumatına görə, onların hər ikisinin hadisə yerindəcə öldüyü təsdiqlənib. Gecə saatlarında qadın terrorçunun şəxsiyyəti də dəqiqləşdirilib.

İlkin araşdırmalar zamanı bəlli olub ki, terrorçular tərəfindən partladılan bomba yüklü avtomobil yanvar ayında İstanbuldan oğurlanıb. Bir müddət Diyarbəkir və Şanlıurfada saxlanılan avtomobil fevralın 26-da Ankaraya gətirilib.

Qeyd edək ki, məhz fevralın 27-də Türkiyə təhlükəsizlik qüvvələri Ankarada avtobus dayanacaqlarında terror ehtimalı ilə bağlı bomba yüklü avtomobil axtarmaq üçün əməliyyat keçirmişdilər.