BolgeXeber.Com » Xəbərlər » Birinci qrup əlilin şikayətinə baxan tapılmır - FOTOLAR

Birinci qrup əlilin şikayətinə baxan tapılmır - FOTOLAR

15-03-2016, 12:09
Oxunub: 2 998 Birinci qrup əlilin şikayətinə baxan tapılmır - FOTOLARGözdən əlil Qasımov Vahid İzzət oğlu Qaynar.info-ya şikayət məktubu ünvanlayıb

Gəncə şəhər sakini üzləşdiyi haqsızlıqlardan şikayətlənib. Onun məktubunu olduğu kimi təqdim edirik:

"Mən birinci dərəcəli anadangəlmə gözdən əliləm. Həyat yoldaşım Səltənət Əhmədova da birinci dərəcəli anadangəlmə gözdən əlildir. İki övladım var, bir sözlə, biz əlil ailəsiyik.

Gəncə şəhəri, Heydər Əliyev prospekti 68 ünvanında, qeyri-yaşayış sahəsində obyektimiz var. Qapısı binanın iç tərəfinə açılır və biz bu obyekti icarəyə verə bilmirik. Bir neçə dəfə icarədar tapsaq da, qapı probleminə görə sövdələşməmiz alınmayıb. Bir neçə Gəncə şəhər icra başçısının qəbulunda olaraq ailəmiz adından bu problemin həll edilməsini xahiş etmişəm. Amma cavab verib ki, "mümkün deyil, binanı yeni təmir etdirmişik".

Gəncə şəhər baş memarının da qəbulunda olmuşam. Amma rəy verməyiblər. Mənim müraciətimdən 1,5 il keçir. İndiyədək həmin binada 5 obyekt üçün prospektə qapı açılıb. Hətta bir dəfə memarlıq şöbəsində bir məmur məni rişxənd edib "sən prospektə pulsuz qapı açdırmaq istəyirsən?" dedi.

Razıyam, bina təmir olunub, qapı açmaq olmaz, qoy mənə icazə verməsinlər. Bəs niyə o zaman başqalarına olar, amma mənim kimi özü və ailəsi əlil olan birinə olmaz?"
Bolgexeber.com