BolgeXeber.Com » Bölgə » Şamaxıda: "təvazökar" başçının yeni villaları - Foto

Şamaxıda: "təvazökar" başçının yeni villaları - Foto

15-03-2016, 10:25
Oxunub: 3 297 Şamaxıda: "təvazökar" başçının yeni villaları - FotoŞamaxının icra başçısı Asif Ağayev barəsində qulaq hər gün bir xəbər eşitməsə “kar” olar


TİA.AZ-a daxil olan məlumata görə, bu dəfə icra başçısı rayonun Nağaraxana kəndindəki pay torpağında özünə imarət tikdirməsi ilə gündəmə gəlib.


A.Ağayevin tikilmək növbəsini villalarından biri isə rayonun Avaxil deyilən ərazisində yerləşəcək. İcra başçısı 1 hektar torpaq sahəsi alıb ki, özünə yeni malikanə inşa etdirsin.

Bundan əlavə, Şamaxının torpaqlarını bir-bir zəbt edən rayon rəhbərinin Qızmeydan kəndi ərazisində də 2 hektar torpağı var. Bu ərazidə də icra başçısının dəbdəbəli sarayı olacağı istisna olunmur.

Xəbərlər arasında o da bildirilir ki, A.Ağayevin “sadə” həyat tərzi özünə mühafizəçi işə götürməklə diqqət çəkir. Məlumatda deyilir ki, bundan əvvəl də şəxsi aşpazına dövlət nömrəni nişanlı atomobil və icra hakimiyyətində komendant vəzifəsi verən icra başçısı özünü Şamaxanın padşahı kimi hiss edir.

Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onların sadə həyat tərzi yaşamağa etdiyi çağırışı, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar görünür, A.Ağayev üçün keçərli olmayıb. Çünki Şamaxıda boş torpaq saxlamayan və villalarının sayını artıran icra başçısı olduqca “təvazökar” özünü aparır, “sadə” həyat yaşayır.

Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov Pirqulu dağını ətrafında DA yeni istirahət obyektləri tikiblər.


İcra başçısı Pirqulu dağının ətrafındakı torpaqlara Bakıdan və rayonlardan olan məmurlara satır. Şamaxının Pirqulu kəndindən olan şikayətçi iddia edir ki, icra başçısı və müavini dağın ətrafında yaşayış evi tikdirdikdən sonra turistlərin gəlib istirahət etməsi üçün istirahət mərkəzləri inşa edirlər.


Asif Ağayev Şamaxıya icra başçısı təyinatı aldıqdan onların ata-baba torpaqları satışa çıxarıb. Yaxın dostu olan və əvvəllər İmişli rayonunda başçının müavini vəzifəsində çalışan Qasım Qasımovu özünə müavin təyin etdirməyə nail olan Asif Ağayev bütün qara işlərini, həmçinin «yığım və alış-veriş» işlərini ona həvalə edib. Şamaxı rayonuda icra hakimiyyəti tərəfindən görülən tikinti, təmir, abadlıq yaşıllaşdırma işlərinə də başçının dostu Qasım Qasımov nəzarət edir.


Məlumatda bildirilir ki, məhz Qasım Qasımov Şamaxı şəhərini abadlaşdırılması və yollarının təmir edilməsi üçün paytaxtdakı tanıdığı bir neçə şirkətlə anlaşaraq anlaşaraq, bu işlərin görülməsi üçün keçirilən tenderləri həmin şirkətlərə verib.

Bundan başqa Şamaxının mərkəzi küçələrindəki səkilərin örtüklənməsi və rayon kəndlərindəki məktəblərin dam örtüyünün dəyişdirilməsi əməliyyatında iştirak edən bu şirkətlərin Qasım Qasımova bağlı olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, icra başçısı Asif Ağayev müavinin əli ilə həm təmir tikinti abadlıq işlərində iştirak edən şirkətlərdən “öz faizini” artıqlaması ilə alır.


Məlumatda həmçinin bildirilir ki, hal hazırda Pirqulu dağında Asif Ağayevin və Qasım Qasımovun istirahət obyektləri tikilməkdədir və növbəti ilin yayında bu istirahət mərkəzlərinin turistlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Elə bu üzdən də həmin ərazilərdə yaşayan sakinlərin torpaqları zorla əllərindən alınır. İcra başçısı müavinin əli ilə Pirquluda və rayonun başqa mənzərəli yerlərində torpaq satışı ilə məşğul olur.



Yada salaq ki, icra başçısı təhsili olmayan, müxtəlif iaşə obyektlərində aşpaz işləmiş Anar Rəsulova vəzifə verib. O, A.Rəsulovu rayon İcra Hakimiyyətinə komendant təyin edib. Buna səbəb A.Rəsulovun A.Ağayevə bu günə kimi şəxsi aşpazlıq etməsi olub.



A.Rəsulov icra başçısının həm iş, həm ev, həm də istirahətə getdiyi zamanlarda aşpaz kimi səlahiyyətli adamıdır. Onun bu xidməti icra başçısı tərəfindən layiqincə qiymətləndirilib. A.Ağayev aşpazına yalnız vəzifə verməyib, 56 AA 038 dövlət nömrə nişanlı Niva, 56 AA 101 dövlət nömrə nişanlı isə ağ rəngli “Cip” markalı avtomobillər verib.



Şamaxı icra başçısı görünür prezidentin bu çıxışını unudub: "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır".



Ümumiyyətlə, son zamanlar Şamaxı rayonundan daxil olan şikayət və müraciətlərin ardı-arası kəsilmir. Rayonda sosial-iqtisadi durumun digər rayonlarla müqayisədə olduqca bərbad olduğu iddia edilən həmin şikayətlərdə diqqətimizi çəkən digər nüans oldu. Belə ki, rayondakı bu özbaşınalıq və qanunsuzluğun başında Şamaxı RİH başçısının 1-ci müavini Qasım Qasımovun xüsusi rolu qeyd edilir. Qarşı tərəfi dinləməyə hazırıq.
Şamaxıda: "təvazökar" başçının yeni villaları - Foto
Şamaxıda: "təvazökar" başçının yeni villaları - Foto
Şamaxıda: "təvazökar" başçının yeni villaları - Foto