Şahin Məmmədovun «gizli çəkiliş» skandalı
15-03-2016, 12:44
Oxunub: 3 091
Rayondakı qadın salonuna gizli kameranın yerləşdirilməsi icra başçısına baha başa gələcəkmiş
Ağcabədinin icra başçısı Şahin Məmmədovla bağlı olduqca qalmaqallı məlumat yayılıb.Bolgexeber.com Azad.Media-ya istinadən xəbər verir ki, skandala səbəb olan əsas hadisə rayonun mərkəzindəki gözəllik salonu ətrafında cərəyan edən proseslə bağlı olub.
Sayt yazır ki, Şahin Məmmədovun müavinlərindən biri Ağcabədinin mərkəzində fəaliyyət göstərən gözəllik salonlarından birinə gizli şəkildə kamera yerləşdirib. Həmin kameranın hansı məqsədlə yerləşdirildiyi hələlik məlum deyil. Sadəcə, maraqlıdır ki, bu işdə icra başçısının adı niyə hallanıb.
Məlumatda vurğulanır ki, bu kameranın təkcə gözəllik salonunda deyil, digər yerlərdə də yerləşdirilməsi ilə bağlı icra başçısının qəti təlimat verdiyi üzə çıxıb. Bəlli olub ki, Şahir Məmmədov bəzi məsələlərdən xoflanır, bəzi məsələlərdən isə qətiyyən çəkinmir.
Azad.Media yazır ki, Şahin Məmmədov günlərin birində qəfil telefon zəngi alır. Və məlum olur ki, Ağcabədinin icra başçısına zəng edən həmin gözəllik salonuna gedən qadınlardan birinin həyat yoldaşıdır. Dəstəyin o başından icra başçısı ağır formada tənqid edən və ardından təhdid edən bu şəxs ondan salona niyə gizli kamera yerləşdirdiyi soruşub. Məmmədovun ona tutarlı cavab verə bilmədiyi, üstəlik, qıp qırmızı qızardığı qeyd edilir.
Təhdid olunmasına baxmayaraq, icra başçısının məsələnin üzərinə getmədiyi deyilir. Bildirilir ki, Şahin Məmmədov bununla bağlı polisə heç bir tapşırıq da verməyib.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər