BolgeXeber.Com » Xəbərlər » Bakıda 17 yaşlı oğlan əxlaqsızlıq yuvası yaradıb

Bakıda 17 yaşlı oğlan əxlaqsızlıq yuvası yaradıb

15-03-2016, 12:51
Oxunub: 4 208 Bakıda 17 yaşlı oğlan əxlaqsızlıq yuvası yaradıbƏməliyyat zamanı əxlaqsızlıqla məşğul kişilər də saxlanılıb

Bakıda kafelərdən birində əxlaqsızlıq yuvası təşkil edilməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bolgexeber.com xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl gecə saatlarında Məzahir Rüstəmov küçəsində yerləşən “Stimul” kafesində Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməliyyat keçirib.

Əməliyyat zamanı kafedə əxlaqsızlıq yuvasının təşkil edildiyi üzə çıxıb və bir neçə kişi və qadın saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, kafeni Ağdaş sakini olan 17 yaşlı Fariz Mahmudov (ad şərtidir) icarəyə götürüb və əxlaqsızlıq yuvası kimi buradan istifadə edirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə İnsan Alverinə Qarşı Mübarizə İdarəsində iş başlanılıb, araşdırma aparılır.