BolgeXeber.Com » Mədəniyyət » “Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbirlər davam edir- Hacıqabulda

“Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbirlər davam edir- Hacıqabulda

16-03-2016, 18:02
Oxunub: 5 440 “Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbirlər davam edir- HacıqabuldaMədəniyyət Mərkəzinin “Nur” instrumental ansambılının müşayəti ilə konsert proqramı keçirildi, məktəblilər şən musiqi sədaları altında rəqs etdilər

15.03.2016-cı il tarixindən Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin tədbirlər planına əsasən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Mədəniyyətimizi təbliğ edək” devizi altında növbəti tədbir rayonun Abdulabad kəndində keçirildi.Abdulabad kənd orta məktəbində Novruzun axrıncı çərşənbəsi münasibəti ilə gözəl, bayram əhval ruhiyyəli tədbir keçirildi.Tədbirdə həmçini, Tarix Diyarşünaslıq muzeyinin eksponatlarının bir qismi, Heydər Əliyev Mərkəzindən Heydər Əliyevin şəkilləri, sənədləri, Mərkəzin Rəsm və Xalça-toxuculuq dərnəyinin üzvlərinin əl işləri, Meyniman kənd kitabxanasının kitablarının sərgisi də nümayiş olundu.Məktəblilər, kənd əhalisi həvəslə sərgilərə tamaşa etdilər.Tarix Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Təranə Məlikova sərgidə nümayiş olunan eksponatlarla bağlı uşaqlara məlumat verdilər.Mədəniyyət Mərkəzinin “Nur” instrumental ansambılının müşayəti ilə konsert proqramı keçirildi, məktəblilər şən musiqi sədaları altında rəqs etdilər.Fəal şagirdlər şeirlər söylədilər.Kosa-keçəl, bahar qızı tədbiri daha da maraqlı etdi.
Bolgexeber.com
“Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbirlər davam edir- Hacıqabulda
“Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbirlər davam edir- Hacıqabulda