BolgeXeber.Com » Mədəniyyət » ABŞ səfirliyinin dəstəyi ilə “The Exchange” vokal qrupu Lənkəranda konsert verdi-FOTO

ABŞ səfirliyinin dəstəyi ilə “The Exchange” vokal qrupu Lənkəranda konsert verdi-FOTO

17-03-2016, 17:15
Oxunub: 5 559 ABŞ səfirliyinin dəstəyi ilə “The Exchange” vokal qrupu Lənkəranda konsert verdi-FOTOAmerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi və Lənkəran ŞİH-nin təşkilatçılığı ilə 14-18 mart tarixlərində Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub

Bolgexeber.com xəbər verir ki, qrup ulduzlardan ibarət vokal pop “oğlan qrupu”dur. Onlar musiqi alətlərindən istifadə etmirlər və bütün mahnılarını A kapellada oxuyurlar.
Azərbaycanda “The Exchange” qrupu ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramının bir hissəsi olaraq ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün ustad məşğələləri keçirəcək.
Martın 17-də qrup Lənkəran Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış etdi. Konsert Lənkəranın birləşmiş uşaq xor kollektivinin ifasında “Azərbaycan” mahnısı ilə başlandı. ABŞ-ın Bakıdakı Səfirliyinin nümayəndəsi konsertə gələnləri Azərbaycan dilində “Salam, Lənkəran” sözü ilə salamladıqdan sonra qrup haqqında məlumat verdi.
Anşlaqla keçən konsertdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edirdilər.