BolgeXeber.Com » Bölgə » Lənkəranda Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi-FOTO

Lənkəranda Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi-FOTO

19-03-2016, 16:04
Oxunub: 5 298 Lənkəranda Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi-FOTOMartın 18-də Lənkəran şəhərinin dəmiryolu vağzalı ərazisində keçirilən Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi

Bolgexeber.com xəbər verir ki,Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar şənlikdə iştirak edirdilər.
İcra başçısı qonaqlarla birlikdə Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli-mədəni irsimizlə tanış oldular.
Sonra bayram tonqalı yandırıldı. Dədə Qorqud qədim saz havasının müşayiəti ilə Novruz şənliyinə toplaşanları salamladı, xeyir-dua verdi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şənlik iştirakçılarının və bütün lənkəranlıların Novruz bayramını təbrik etdi, hamıya ən xoş arzularını çatdırdı. Bildirdi ki, bu il xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır: “Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruz sеvinclərilə yаşаyаn, füsunkаr təbiəti bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаndа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Lənkərаn şəhərində, rayonun kənd və qəsəbələrində gеniş аbаdlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir”.
Taleh Qaraşov təbrik nitqində həmçinin rayonda abadlıq, quruculuq işlərinin daha geniş vüsət almasından, yeni infrastruktur layihələrinin icrasına başlanmasından dadanışdı, 2016-cı ilin xalqımız üçün parlaq nailiyyətlərlə zəngin olacağını söylədi. 2016-cı ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayaraq bildirdi ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq, nur nəsib etsin. Vətənimiz Azərbaycan daha böyük tərəqqiyə, yüksək zirvələr fəth etməyə nail olsun!
Qara zurnanın müşayiəti ilə Bahar Qız, Kosa və Keçəl faytonda meydana daxil oldular. “Cəngi” səsləndirildi, idmançılar ağırlıqqaldırma bölməsində, güləşçilər tatami üzərində güclərini sınadılar. Ardınca şənlik iştirakçıları tonqalın ətrafında rəqs etdilər, müğənnilər el nəğmələri, Bahara və Novruza həsr olunmuş mahnılar oxudular.
Kosa və Keçəl öz dəstəsi ilə tamaşaçılarla rəqs etdilər. Musiqinin xoş təranələri altında idmançılar meydan qəhrəmanları ilə birlikdə tonqal üstündən atıldılar.
Sonda şənlik iştirakçıları Lənkəran nemətlərindən – təcrübəli aşbazların manqal üstündə bişirdikləri ləvəngi cücədən, ləvəngi balıqdan, lülə kababdan, tikə kababdan, isti təndir çörəyindən daddılar, məxməri, pürrəngi Lənkəran çayından içdilər, şəkərburadan, paxlavadan nuş etdilər.
Bolgexeber.com
Novruz şənliyi kütləvi rəqslə sona çatdı və tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş etdi.
Lənkəranda Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi-FOTO
Lənkəranda Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi-FOTO
Lənkəranda Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi-FOTO
Lənkəranda Novruz şənliyi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi-FOTO