BolgeXeber.Com » Sosial » Bakıda oğul anasını bıçaqlayıb

Bakıda oğul anasını bıçaqlayıb

25-05-2012, 10:20
Oxunub: 3 879 Mayın 24-də Bakıda bıçaqlanma hadisəsi baş verib.

Xəzər rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, Türkan qəsəbəsi, Firdovsi küçəsi 4 ünvanında 1977-ci il təvəllüdlü Mirzə Şabanov ailə münaqişəsi zəminində anası Şahxanım Şabanovanı bıçaqlayıb. Qarın boşluğundan xəsarət alan qadın 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar Xəzər RPİ-də araşdırma aparılır.