BolgeXeber.Com » Siyasət » Poroşenkodan Rusiyaya: - “Rədd olun…”

Poroşenkodan Rusiyaya: - “Rədd olun…”

28-03-2016, 19:51
Oxunub: 3 015 Poroşenkodan Rusiyaya: - “Rədd olun…”Donbasda silah səsləri, tankların gurultusu eşidilməməli, ukraynalılar ölməməlidir

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko Donbas səfəri zamanı deyib.

O, sərt şəkildə Rusiyaya müraciət edib:

“Donbasda sülhü bərpa etmək lazımdır. Bu, çox vacibdir. Donbasda silah səsləri, tankların gurultusu eşidilməməli, ukraynalılar ölməməlidir. Biz Minsk sazişi zamanı Rusiyanın öz qoşunlarını buradan çıxaracağına ümid edirdik. Donbasdan onlara müraciət edərək bildirirəm ki, biz ukraynalılar heç nə istəmirik. Rədd olun!”

Qeyd edək ki, Rusiyadan dəstək alan separatçılar 2014-cü ilin aprelində Ukraynanın şərqindəki Donbas və Luqansk vilayətlərində mərkəzi hökumətə qarşı çıxıb və xalq respublikaları yaradıblar.