BolgeXeber.Com » Sosial » 19 yaşlı qız özünü 19-cu mərtəbədən atdı

19 yaşlı qız özünü 19-cu mərtəbədən atdı

29-05-2012, 11:10
Oxunub: 3 910 Mayın 27-nə keçən gecə Bakı şəhərinin Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, Əliyar Əliyev küçəsi, 26 ünvanında yerləşən 20 mərtəbəli binanın 19-cu mərtəbəsindən gənc qız özünü ataraq intihar edib.

Araşdırmalar nəticəsində məlum olub ki, özünü öldürən şəxs 1993-cü il təvəllüdlü Arzu Məmmədovadır.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.