BolgeXeber.Com » İdman » Boksçumuz erməni rəqibini belə nokauta saldı - Video

Boksçumuz erməni rəqibini belə nokauta saldı - Video

30-05-2012, 13:20
Oxunub: 5 349 Fariz Məmmədovun Geqişe Tolmasyanla döyüşü

Almaniyada erməni boksçu Geqişe Tolmasyanla ilə görüşən Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov rəqibini nokaut vəziyyətinə salaraq qələbə qazanıb. Ağır keçən döyüşdə rəqib 2-ci raundda Fariz Məmmədovu nokdaun vəziyyətinə salsa da, idmançımız döyüşü davam etdirə bilib. Nəhayət ki, Fariz 4-cü raundda rəqibini nokaut vəziyyətinə salıb və döyüş meydanına ağ dəsmal atılıb.

Döyüşə fikir verdikdə görərik ki, istənilən çətin anlarda Fariz yalnız qələbə haqqında fikirləşir. Nə olur olsun, o bu döyüşdə rəqibini məğlub edəcəkdi. Elə görüşdən sonra da Fariz Məmmədov bildirib ki, o, idmançı kimi yox, azərbaycanlı kimi bu qələbəni qazanıb.