BolgeXeber.Com » Siyasət » “Əvvəlcə beş, sonra iki rayon qaytarılmalıdır" - Azərbaycanın ATƏT-dəki səfiri

“Əvvəlcə beş, sonra iki rayon qaytarılmalıdır" - Azərbaycanın ATƏT-dəki səfiri

6-04-2016, 13:13
Oxunub: 2 694 “Əvvəlcə beş, sonra iki rayon qaytarılmalıdır" - Azərbaycanın ATƏT-dəki səfiri“Ümid edirik ki, həmsədrlərin regiona səfəri nəticəsidnə intensiv dialoq və danışıqlara başlaya bilərik”

“Daimi Şurada da qeyd etdik ki, Minsk Qrupu formatında Ermənistan və Azərbaycanın iştirakı ilə effektiv danışıqların aparılmasının tərəfdarıyıq. Bunun üçün Ermənistanın hələ də şansı var. Biz münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Hesab edirik ki, ATƏT çərçivəsində qəbul edilmiş qərarlar buna imkan verir. ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında mərhələli həll yolu mövcuddur”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov "Anadolu" agentliyinə açıqlamasında deyib. O bildirib ki, Minsk Qrupunun həmsədrləri öz mandatlarından istifadə edərək Ermənistandan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir: “Öncədən 5 bölgə boşalmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaranmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir. İkinci mərhələdə digər iki region - Laçın və Kəlbəcər qayıtmalıdır və bunun əsasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycan tərkibində statusunun müəyyən edilməsi baş tuta bilər. Bunun üçün də Qarabağdan qovulmuş azərbaycanlı icması oraya qayıtmalı və erməni icması ilə bərabər hüquqlarla prosesdə iştirak etməli, onlar üçün həyat qurmağa eyni imkanlar yaradılmalıdır. Bu məsələdə Minsk Qrupu ölkələrini və həmsədrləri daha fəal olmağa çağırdıq”.

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi bu məsələdə daim Azərbaycanın yanında olduğu üçün Türkiyəyə təşəkkürünü də çatdırıb: “Ümid edirik ki, həmsədrlərin regiona səfəri nəticəsidnə intensiv dialoq və danışıqlara başlaya bilərik”.
Bolgexeber.com