BolgeXeber.Com » Dünya » Bir anda 700-dən çox uşağı xəstəxanalıq edən CİZGİ FİLMİ - VİDEO

Bir anda 700-dən çox uşağı xəstəxanalıq edən CİZGİ FİLMİ - VİDEO

7-04-2016, 12:54
Oxunub: 4 793 Bir anda 700-dən çox uşağı xəstəxanalıq edən CİZGİ FİLMİ - VİDEOMüasir dövrümüzdə hazırlanan bir çox cizgi filmlər və bunların uşaqlara mənfi təsiri barədə dəfələrlə məlumat verilib

Bu gün isə dünyanın ən zərərli cizgi filmi barədə xəbər verəcəyik.

Çoxlarımız yəqin ki, uydurulmuş heyvanlar olan Pakemonlar barədə eşitmişik, uşaqlarımız isə, eyni adlı cizgi filmin seriyalarını izləyiblər. Lakin bu filmin uşaqlara nə dərəcədə pis təsir etdiyini ehtimal ki, çox az adam bilir.

1997-ci ildə Yaponiyada 700-dən çox uşağa təcili tibbi yardım göstərilib. Məlum olub ki, «Nintendo» üçün hazırlanmış «Pocket Monsters» oyunu əsasında çəkilən cizgi filminə baxdıqdan sonra onlarda sudorqa yaranıb. 3 və yuxarı yaşlı 208 uşaq epileptik simptomlarla dərhal xəstəxanaya çatdırılır.

Ekspertlər əmindirlər ki, buna səbəb cizgi filmdəki partlayış səhnəsi və onun ardınca isə gəmiriciyə oxşayan Pikaçunun gözlərində işığın 5 saniyə sayrışması olub. Həmin epizodu təqdim edirik.
FaktXeber.com