BolgeXeber.Com » Dünya » Sudan prezidenti vəzifəsindən yorulub

Sudan prezidenti vəzifəsindən yorulub

8-04-2016, 09:59
Oxunub: 2 418 Sudan prezidenti vəzifəsindən yorulubO, 1993-cü ildən bu vəzifədədir

Prezidentlik mandatının başa çatdığı 2020-ci ildə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyəcək.

Oxu.Az xəbər verir ki, bunu Sudan prezidenti Ömər Bəşir BBC-yə verdiyi müsahibəsində bildirib. Buna səbəb kimi 72 yaşlı prezident işindən yorulduğunu söyləyib.

O, 1989-cu ildən hakimiyyətdə təmsil olunur, 1993-cü ildən isə prezidentdir. Keçən il o, 94,05% səslə ali dövlət postuna yenidən seçilib.

Müxalifət namizədləri səsverməni baykot edərək seçkiləri qeyri-müstəqil və ədalətsiz adlandırıblar.

Yeddi il öncə Haaqada Beynəlxalq Cinayət Məhkəməsi Bəşirin həbsi üçün order çıxarıb, o, hərbi və Darfur münaqişəsində bəşəriyyətə qarşı cinayətlərə aidiyyəti olmaqda ittiham edilir. 2003-cü ildən başlayaraq bu cinayətlərin 300-ə yaxın qurbanı olub.

BBC-yə verdiyi müsahibəsində prezident növbəti dəfə bu ittihamları siyasi adlandırıb və öz populyarlığının dəlili kimi onu küçədə salamlayan insan axınını göstərib.