BolgeXeber.Com » Sosial » Tulada azərbaycanlı qadından ürək dağlayan hərəkət

Tulada azərbaycanlı qadından ürək dağlayan hərəkət

1-06-2012, 17:10
Oxunub: 4 293 İki körpəsinin həyatını təhlükəyə atan qadının məhkəməsi davam edir

Rusiyanın Tula şəhərində övladlarının həyatını təhlükəyə atmış azərbaycanlı qadının işi üzrə məhkəmə prosesi gedir. Lent.az myslo.ru saytına istinadən xəbər verir ki, şəhər məhkəməsi Azərbaycan vətəndaşı Leyla Rəcəbovanın işinə baxır. Saytın şəhər prokurorluğunun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Leyla Rəcəbova yaşyarımlıq və altı aylıq körpələrini avtomagistralın kənarına qoymaqla, onların həyatını təhlükəyə atmaqda təqsirləndirilir. Hadisə bu il martın 31-də baş verib. İttihama əsasən, əri ilə mübahisə edən qadın uşaqlarını Moskva-Don avtomagistralının kənarına gətirərək onları qarın üstünə qoyub. Daha sonra körpələr tapılaraq Uşaq evinə təhvil verilib. Qadın hərəkətinin səbəbini izah edə bilməyib. Onun bu hərəkəti anlaqsız vəziyyətdə törətdiyi güman edilir. Qadının cəza alıb almayacağı və övladlarına qovuşub-qovuşmayacağı barədə qərarı məhkəmə verəcək.